Ukraynada ABŞ hərbi, Aİ diplomatik həll yollarını axtarır
16.06.2015 17:29 A-reaksiya 2313
Aİ-nin və ABŞ-ın Ukrayna böhranı məsələsində fərqli ifadələrə sahib olduğuna işarə edən USAK mütəxəssisi Həbibə Özdalın fikrincə, Avropa ölkələri, böhranın diplomatik yolla həll edilə biləcəyini düşünərkən, ABŞ məsələnin hərbi yolla başa çatdırılmasının tərəfdarıdır.
Beynəlxalq Strateji Araşdırmalar Təşkilatı (USAK) mütəxəssislərindən Həbibə ÖZDAL Ukrayna böhranında gəlinən son nöqtəni Reaksiya.az üçün dəyərləndirib.
Aİ və ABŞ arasındakı fərq
"Kiyev rəhbərliyi tərəfdən baxdığımız zaman Avropa İttifaqı (Aİ) və NATO üzvlüyü birinci gündəm maddəsi olsa da, NATO nəzdindən baxdığınız zaman Ukraynanın NATO üzvü olması prioritet daşımır" deyən ÖZDAL sözlərini belə davam etdirib:
"Buna baxmayaraq, Ukrayna ya da Baltik ölkələrinin ABŞ tərəfindən siyasi səviyyədə daha çox dəstəkləndiyini görürük. Bir neçə ay əvvəl ABŞ-ın Ukraynanı hərbi baxımdan dəstəklədiyinə dair ifadələr gündəmdə idi. Lakin Aİ prizmasından baxdığımız zaman bu fikirlər çox da inandırıcı görünmür. Çünki Avropa ölkələri Ukrayna böhranının hərb yolu ilə həll olunmayacağını düşünürlər. Problemin diplomatik yolla həll edilməsini ön plana çıxarırlar. Lakin ABŞ məsələnin üzərinə hərbi yolla getməyi düşünür. Aİ-nin və ABŞ-ın məsələyə yanaşmaları fərqlidir. "
Heç kim isti münaqişəyə girmək istəmir
Ukrayna ətrafında diplomatik cəhdlərdən başqa regiondaki qarşıdurmaların da davam etdiyini ifadə edən Həbibə Özdal böhranın artıq təkcə Ukraynanın daxili məsələsi olmaqdan çıxdığına diqqqət çəkib. Özdalın fikrincə bu gün nə NATO, nə ABŞ, nə də Aİ ölkələri, nə də Rusiya isti bir münaqişəyə girmək istəmir.
Müqavilələrin həyata keçirilməsi hökumətin qurulması ilə sıx əlaqəlidir
Həbibə Özdal Rusiyanın dövlət başçısı Vladimir Putinin və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 iyunda Bakıda keçirdiyi görüşü belə şərh edib:
"Rusiya Türkiyə baxımından regional və qlobal inkişaflar kontekstində son dərəcə əhəmiyyətli bir ölkədir. Xarici ticarətimizin qısa müddətdə elə də ciddi bir iflasa uğramasını gözləmirəm. Lakin bağlanan müqavilələrin qısa müddətdə həyata keçirilməsi və böyük addımların atılması məsələsində hökumətin yanaşması çox təsir edici olacaq".
Şərhlər