Rusiyada yeni planlar... - TƏHLİL

17.06.2015 10:57     A-reaksiya     2481

2018 – ci il seçkisinin vaxtı qabağa çəkiləcək?

Rusiyada vaxtından əvvəl seçki müzakirələri davam edir. 2016-ci ildə keçiriləcək Duma seçkilərinin tarixinin dekabr ayından sentyabr ayına çəkilməsi fikirləri səsləndirilir və bunun səbəbləri müzakirə edilir. Mətbuatda gedən açıqlamalarda 2018 – ci ildə keçirilməsi nəzərdə tutulan seçkilərin vaxtından tez keçiriləcəyi ehtimal olunur.

Rusiyanın “Vedomosti” qəzeti, "Erkən seçkinin sirri" başlıqlı xəbərində, baş tuta biləcək vaxtından tez Prezident seçkilərinin səbəblərinə toxunub. Qəetin iddiasına görə, Putin ölkə iqtisadiyyatının hər gün daha da pisləşdiyini düşünür. Yoxsulluğun artması, səhiyyə xidmətlərindəki problemlər, korrupsiya hallarına fikir verilməməsi Putinin iqtidarını da qar kimi əridir. Ona görə də Putin 2016-ci ilin yazında, öz yüksək reytinqi sayəsində yenidən seçkilərdə iştirak etməyi düşünür. Bundan sonra Konstitusiyada qeyd olunduğu kimi yeni prezidentin seçilməsindən sonra hökumət istefa verir. Beləcə, Putinin Medvedevə   verdiyi “mən nə qədər Prezidentəm, sən də vəzifədəsən” sözünü tutmasına ehiyac qalmayacaq. Beləcə Medvedevin və hökumətin yanaşmadığı siyasəti həyata keçirə biləcək yeni hökumət qurula bilər. Sergey Qlazyev ya da Dmitri Roqozin kimi adlar ön plana çıxa bilər.

Şərhlər

Çox oxunanlar