Türkiyədə Azərbaycanla bağlı kitab işıq üzü görüb
17.10.2015 13:23 A-reaksiya 2927
“XV. əsrdən XXI. əsrə kimi Türkiyə-Azərbaycan əlaqələri və Azərbaycanın sosial-iqtisadi-mədəni inkişafı” adlı kitab Türkiyə-Azərbaycan siyasi əlaqələrindən bəhs edir
“Türkiyənin Qonşuları” silsiləsindən ilk kitab olan “XV. əsrdən XXI. əsrə kimi Türkiyə-Azərbaycan əlaqələri və Azərbaycanın sosial-iqtisadi-mədəni inkişafı” adlı kitab Türkiyə-Azərbaycan siyasi əlaqələrini dövrlərə ayıraraq qırılma nöqtələrini ifadə edən və əhəmiyyətli hadisələri ayrı bir fəsildə ayrıca araşdıran mükəmməl bir tədqiqat əsəridir. Kitabda hadisələr, xronoloji ardıcıllıqla izah edilməkdədir. Kitabın ilk fəslində Azərbaycan bölgəsinin daha yaxşı dərk edilməsi baxımından Qafqaz regionunun əhəmiyyətləri qeyd olunub. Kitabın ikinci fsəlində; Azərbaycan adının mənşəyi və Azərbaycanın bu bölgənin adı olması faktı araşdırılır. Üçüncü fəsildə; Türkiyə ilə Azərbaycan arasında gerçək mənada siyasi əlaqələrin başladığı XV. əsrə qədərki dövrdə Azərbaycanın ictimai, mədəni və iqtisadi quruluşu izah edilir və Azərbaycan bölgəsinin inzibati quruluşu haqqında məlumat verilir. Kitabın dördüncü fəsli qırılma nöqtələri də daxil olmaqla 10 dövrə ayırdığımız Türkiyə-Azərbaycan siyasi əlaqələrinə değinilmektedir. Kitabın beşinci, altıncı, yeddinci və səkkizinci hissələrində 15. əsrdən günümüzə qədər qırılma nöqtələri gözə alınaraq dövr dövr Azərbaycanın ictimai, mədəni və iqtisadi quruluşu və dəyişməsi köçürülməkdədir. Kitabın doqquzuncu fəslində, indiki vaxtda Xəzər bölgəsindəki ən böyük problem olan Dağlıq-Qarabağ problemi keçmişdən günümüzə araşdırılmaqdadır. Kitabın onuncu fəslində; Azərbaycanın enerji strategiyası və Cənubi Qaz Dəhlizi ətraflı olaraq ələ alınmaqdadır. Kitabın on birinci və son fəslində isə; Azərbaycan bölgəsinin yeni müzakirə predmeti olan, lakin mənşəyi olduqca keçmiş dövrlərə söykənən bir problemə çevrilən Xəzərin hüquqi statusu araşdırılmaqdadır.
UPA yazarlarından Sina Kısacıkın Yeditepe Universiteti Aspirantura tələbələri və yardımçıları Hakan Sezgin Erkan və Damla Sevimli ilə birlikdə yazmış olduğu “Türkiyənin qonşuları” silsiləsindən ilk kitabı XV. əsrdən XXI. əsrə Türkiyə-Azərbaycan əlaqələri və Azərbaycanın sosial, iqtisadi və mədəni mübadiləsi adlı kitabı Kanes Yayınları tərəfindən nəşr olunub.
Şərhlər