Soros: ABŞ Çin ilə əlaqələrini inkişaf etdirməlidir, yoxsa III Dünya müharibəsi baş verəcək

18.06.2015 15:51     A-reaksiya     2587

Milyarder sərmayəçi Corc Soros, ABŞ-ın qlobal sülhün qorunması üçün Çin ilə əlaqələrini təmin etməli olduğunu, əks təqdirdə III dünya müharibəsinin acı nəticələrinə məruz qala biləcəyini söyləyib.

“New York Review of Books” üçün bir məqalə qələmə alan ABŞ-lı milyarder Soros, ikinci dəfə 3. Dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib. Məşhur spekulyator, "Həm ABŞ, həm Çin üçün qarşılıqlı anlayış nöqtəsinə çatılması həyatı əhəmiyyətdədir. Çünki bu variantın alternativi heç cür xoş deyil" - deyə yazıb.

Çinin iqtisadi islahatlarının uğursuz olacağı təqdirdə böyük bir təhlükə doğura biləcəyi xəbərdarlığı edən Soros, "Belə olan halda Çin lideri Şi Cinpinq, həm Çini bir arada tutmaq, həm də öz kreslosunu qorumaq üçün ölkə içində qarşıdurmaları körükləyə bilər" iddiasında bulunub .

Soros bu mühitdə ancaq Rus-Çin ittifaqının bütün dünyanı müharibəyə sürüklədiyini ifadə edərək, "Çin ilə Yaponiya kimi ABŞ-ın müttəfiqi olan bir ölkə arasında yaşanacaq qarşıdurma, hərbi ölçüyə çevrilə bilər və belə olan halda III Dünya Müharibəsinin eşiyinə gələcəyimizi söyləmək şişirtmək olmaz" – sözlərini fikirlərinə əlavə edib.

Moskva, Pekin və Vaşinqton rəhbərlikləri arasındakı ciddi fərqliliklərə da işarə edən Soros, Çin və Rusiyanın özlərini “ABŞ-ın dünya hakimiyyəti istəyinin” qurbanı kimi gördüklərini müdafiə edib.

Şərhlər