Ceyda Karan: Mursinin edam cəzası həyata keçirilməyəcək
18.06.2015 18:08 A-reaksiya 3842
Reaksiya.az - a danışan jurnalist Ceyda Karan Mursi və Müsəlman Qardaşlar üzvlərinə verilən cəzaların böyük ehtimalla edam edilməyəcəyinə işarə edərək, qərarların bir növ göz dağı xüsusiyyəti daşıdığını ifadə edib.
Suriyanın Tel Əbyad şəhəri YPG qüvvələri tərəfindən İŞİD -in əlindən alınıb. Misirdə isə keçmiş prezident Mursini iki ayrı cinayətə görə ömürlük həbs və edam cəzası verilib. Müsəlman Qardaşlar liderlərindən Məhəmməd Bediinin də ömürlük azadlıqdan məhrum edildiyi “Cəsusların məhkəməsi”ndə 16 rəhəbər edam cəzasına məhkum edilib. Mursinin və 16 İhvan liderinin aldığı edam cəzaları ömür boyu həbs cəzasına çevrilib. Reskaiya.az – açıqlamasında Türkiyənin “Cumhuriyyət” qəzeti Xarici xəbərlər şöbəsinin müdiri Ceyda Karan, bu iki məsələ ilə bağlı fikirlərini bölüşüb.
Rusiya Suriyadaki təhlükələrə lap əvvəldən diqqət çəkməyə çalışır
Rusiyanın Suriyadakı təhlükəyə lap əvvəldən diqqət çəkməyə çalışdığını söyləyən Karan "Rusiya xarici işlər naziri Sergey Lavrov Tel Əbyad ərazisində yaşanan insan hüquqlarının pozulmaları məsələsində xəbərdarlıq da etmişdi" – deyə bildirib.
Sisi hakimiyyəti dilemma qarşısında
Misirdəki Sisi hakimiyyətinin bir dilemma qarşısında olduğunu düşünən Karan, "Həm 25 yanvar inqilabına sahib çıxıb davam edirmiş kimi bir hava yaratmağa çalışırlar, həm də 25 yanvardan sonrakı prosesdə Müsəlman Qardaşların ölkəni əsir aldığı siyasi İslamçı siyasətçilərlə xüsusi bir təşkilatın xidmətinə ölkəni təqdim etdiyi təmasını güdürlər. Bunu Misir daxilində aktuallaşdırmağı bacardılar. Rəhbərlik hazırda öz daxilində olduqca sabit görüntü sərgiləyir. Bu sabitlik əlbəttə ordunun dəmir yumruğundan qaynaqlanmaqdadır" -deyib.
Mursinin verilən cəza həyata keçirilməyəcək
Mursi və Müsəlman qardaşlar üzvlərinə verilən cəzaların böyük ehtimalla edam edilməyəcəyini yazan Karan qərarların bir cür gözdağı olduğunu ifadə edib.
Şərhlər