İnkar siyasətinə qarşı mübarizə aparacağam - ERMƏNİ MİLLƏT VƏKİLİ
18.06.2015 19:25 A-reaksiya 2691
Daşnaklar da daxil olmaqla, Ermənistandaki bütün partiyalara səslənirəm: gəlin Türkiyədə birgə mübarizə aparaq.
7 iyunda Türkiyədə keçirilən millət vəkili seçkilərində seçilən 3 erməni millət vəkilindən biri HDP-li Garo Paylan Ermənistanın Ermenihaber.am verdiyi açıqlamada gələcək planlarından danışıb və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı fikirlərindən danışıb. Jurnalistin Türkiyə parlamentində bir Erməni millət vəkili olmaq sənin üçün nə ifadə edir? Erməni problemlərlə məşğul olmaq məsuliyyətini daşıyırsanmı?” – sualına cavab verən Garo Paylan cavab olaraq bildirib ki, hesab veriləcək bir itkimiz var: “Amma mən belə hesab edirəm ki, bu məsələlərdə biz ermənilər tək başımıza mübarizə aparsaq, heç bir uğur qazana bilməyəcəyik. Amma təbii ki inkar siyasətinə qarşı mübarizə aparacağam”.
Daha sonra jurnalistin “ Əlaqələrin normallaşmasını Soyqırımın tanınmasınamı bağlayırsınız? Axı, Ermənistan prezidenti sərhədlərinin açılmasını da təklif etmişdi” – sualını cavablandıran erməni millət vəkili bildirib ki, əvvəlcə Türkiyədə erməni soyqırımı(qondarma!) idrak edilməli, erməni kimliyinə münasibət normallaşmalı, Ermənistana qarşı nifrət ortadan qaldırılmalıdır: “Təbii ki Ermənistanın və diasporanın verdiyi mübarizəyə sonsuz hörmət duyuram. Daşnaklar da daxil olmaqla, Ermənistandaki bütün partiyalara səslənirəm, gəlin Türkiyədə birgə mübarizə aparaq. Hər gələn Erməni burada insanlara təsir edə bilər”.
Şərhlər