Rusiya Dağlıq Qarabağ problemini həll edəcəkmi? - Politoloq rəyi

27.10.2015 16:23     A-reaksiya     2534

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov rusiyalı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanla Rusiyanın yaxınlaşması Qərb ölkələrini qıcıqlandırır.

Ölkənin üçüncü şəxsinin belə açıqlaması bir daha təsdiq edir ki, Azərbaycan Rusiya münasibətləri istiləşməyə doğru gedir.

Bəs görəsən bu istiləşmə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan tərəfinin xeyrinə həll olunmasına təkan verə bilərmi?

Reaksiya.az "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu ilə yaranmış suala cavab tapmağa çalışıb.

H.Babaoğlu ilk öncə Oqtay Əsədovun səsləndirdiyi fikrə münasibət bildirib: “Rusiya Azərbaycanın ən böyük qonşusudur və  regionda siyasi və iqtisadi nüfuzu olan ölkədir. Rusiya Azərbaycan münasibətləri hər zaman yüksələn dinamika ilə inkişaf edib və hazırda Rusiya Azərbaycan münasibətlərində çox müsbət tendensiya yaranıb. Oqtay Əsədov bu münasibətləri strateji münasibətlər kimi səciyyələndirdi”.

Politoloq daha sonra  Rusiya ilə münasibətlərin istiləşməsinin Qarabağ probleminə həllinə töhfə verə biləcəyinə aydınlıq gətirib: “Dediyimiz əsaslardan çıxış edərək Rusiya Federasiyasını regiondakı tarazlığın formalaşmasında birinci dövlət hesab etsək, heç şübhəsiz ki, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində rolunu da görmüş olarıq. Ancaq düşünək ki, bu münasibətlərin indiki vəziyyəti Dağlıq Qarabağ probleminin həllinə kifayət edəcək qədər yüksək səviyyədədirmi və yaxud Rusiyanın xarici siyasətində indiki mərhələdə Dağlıq Qarabağ problemini həll etmək vəzifə kimi müəyyənləşdirilibmi? Bax bu suala cavab vermək bir qədər çətindir. Amma hər halda hesab edirəm ki, Rusiya Dağlıq Qarabağ problemini həll edəcək gücə sahib və siyasi, hərbi rıçaqlara malik ölkədir”.

Şərhlər

Çox oxunanlar