Con Kerri Orta Asiyaya niyə gedir? - Ekspert rəyi

28.10.2015 14:43     A-reaksiya     2598

Xəbər verildiyi kimi, ABŞ-ın dövlət katibi Con Kerrinin bu gündən Orta Asiya dövlətlərinə səfəri başlayıb. Xatırladaq ki, bu, ABŞ dövlət katibinin Orta Asiyaya ilk səfəri olacaq.

Noyabr ayının 5-nə qədər davam edəcək səfər çərçivəsində Kerri Orta Asiyanı əhatə edən 5 dövlətin hər birinə - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistana səfər edəcək.

Səfərin məqsədləri barədə ABŞ Dövlət Departamenti rəsmi açıqlama verib:  “Dövlət katibi Bişkek, Səmərqənd, Astana, Düşənbə və Aşqabada gedəcək. Məqsəd bu ölkələrin hər birinin yüksək çinli nümayəndələri ilə ikitərəfli görüşlər keçirməkdir”.

Qeyd ədək ki, ABŞ dövlət katibinin bu səfərinin motivi haqqında heç bir məlumat verilməyib.

Qırğızıstan “Kabar.kg” informasiya agentliyinin analitik bölməsinin rəhbəri Ermek Adrisayev  Kerrinin səfərinin motivi, pərdəarxası tərəfləri, həmçinin ABŞ-ın Orta Asiyadan gözlədikləri barədə fikirlərini Reaksiya.az-la bölüşüb.  

“Düşünürəm ki, Kerrinin bu səfərini Yaponiyanın baş naziri Abenin səfərinin davamı kimi qiymətləndirmək olar. Bu qəribə hadisə bizim regionda ilk dəfədir ki, baş verir və elə bun görə də rus ekspertləri hesab edirlər ki, üç ölkənin – ABŞ, Rusiya və Çinin maraqları Orta Asiyada toqquşur. Yaponiya regionda böyük ipək yolu layihəsinin həyata keçirilməsində ABŞ-ın bölgədəki ruporu rolunu oynayacaq. Burada bütün addımlar Çinin əhatə dairəsini məhdudlaşdırmaq üçün atılır. Qısaca desək, bu görüşdə "Marı-2" hərbi aerodromu və Termezdəki hərbi hava bazası məsələləri TAPİ layihəsi çərçivəsində müzakirə ediləcək. Bu üç ölkənin apardığı müzakirələrdə Əfqanıstanla sərhəd ərazilərə toxunulmazlıq verilməsi, Qırğızıstan və Qazaxıstana iqtisadi və siyasi yardım edilməsi də öz əksini tapacaq. Düşünürəm ki, bu səfərdə bir sıra sirli məqamlar gizlənir”. 

Şərhlər

Çox oxunanlar