30 ildə tam mənası ilə dövlətə çevriləcəklər - EKSPERT RƏYI

19.06.2015 11:33     A-reaksiya     2471

Yaxın şərq məsələləri üzrə ekspert, Rusiya-İslam Dünyası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Şamil Sultanov İŞİD -in Yaxın Şərq siyasətinin ən güclü aktorlarından biri halına gəldiyini ifadə edərək, əhəmiyyətinin gələcəkdə artmağa davam edəcəyindən əmin olduğunu ifadə edib. Sultanov mövzuyla əlaqədar açıqlamasında bildirib ki, uzun müddətli yəni önümüzdəki 30-40 il içində, İŞİD - in tam mənası ilə bir dövlət halına gəlmə ehtimalını 95% - lik ehtimal kimi görürəm. Qısa müddətdə, yəni önümüzdəki 5-7 il içində, İŞİD müvəqqəti olaraq torpaq itkisi yaşaya, hazırda sahib olduğu qalalarını itirə bilər, ancaq bu vəziyyətdə belə Yaxın Şərq səhnəsində bir aktor kimi qalacaq və əhəmiyyətli bir komponent olacaq. Məsələn son bir ilə baxaq; Yaxın Şərqdəki vəziyyəti ən çox kim təsir, İŞİD mi yoxsa məsələn İordaniyamı, deyə soruşsanız cavab qətiyyətlə İŞİD olur. İordaniya kralının İngiltərə vətəndaşı olmasına və İngiltərənin bu bölgədə mövqeyinin olduqca güclü olmasına baxmayaraq ... Yaxın Şərqdə uzun və ya orta müddətli meyllərə kim daha çox təsir edib, İŞİD mi? Küveytmi, İŞİD mi, Birləşmiş Ərəb Əmirliklərimi, İŞİDmi, Yəmən mi və ya Tunismi, deyə soruşsanız hamı heç düşünmədən İŞİD deyəcək. Yəni, bu təşkilat, çox böyük faktora çevrilib və prinsip etibarı ilə yeni bir system qurduğunu sübut edib. Burada mövcud olan uzunmüddətli meyllərin hamısı, bu fenomenin lehinə işləyir".

Şərhlər