"MHP güclərini bir araya gətirməsə ikisi də seçkidə məğlub olacaq" - Cababr Şıktaş

29.10.2015 11:55     A-reaksiya     2299

Noyabrın 1-də Azərbaycanla bərabər qardaş Türkiyədə də parlament seçkiləri keçiriləcək. Əlbəttə, Türkiyədəki vəziyyət ölkəmizlə müqayisə olunmaz dərəcədə xeyli fərqlidir. Bizdə qanuna görə parlamentin 5 illik müddəti yekunlaşır və seçicilər Milli Məclisin tərkibinin yenidən formalaşdırılması üçün seçkiyə getməli olacaqlar.

Reaksiya.az Türkiyənin İqdır şəhərinin seçki prosesinə necə hazırlaşdığını İqdırda yaşayan jurnalist, “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaşla əlaqə saxlayıb.

Jurnalist bildirib ki, 1 noyabr tarixində keçiriləcək seçkilər olduqca risklidir: “Azərbaycan türkləri yenə iki hissəyə bölünüb. 2009-ci ildə AKP-nin millət vəkilliyinə namizədi Nurəddin Aras təkrar namizəd olaraq eyni halın yaşanmasına gətirib çıxardıb. İğdırdan olan cəmi 115 min səsin 60 faizi kürdlərin, 40 faizi isə türk xalqınındır. Səslərin belə olmasına baxmayaraq, əksəriyyət MHP partiyasında toplanıb. Nurəddin Araz Azərbaycan türklərinin səslərini parçalamaq üçün qəsdən namizəd olub və seçki prosesini çətinləşdirib. Əgər, Azərbaycan türkləri bu seçkidə nümayəndə seçməzlərsə, bundan sonra da nümayəndə seçə bilməyəcəklər. Çünki Azərbaycan Türkləri inadcıl deyil, bu səbəbdən də kəndlərə və şəhərlərə miqrasiya olunurlar və yerləri kürdlərlə dolur. Hazırda hər iki partiya arasında amansız mübarizə davam edir. Fikrimcə, MHP güclərini bir araya gətirməsə ikisi də seçkidə məğlub olacaq”.

Şərhlər