İranın Suriyaya danışıqlarına dəvət edilməsi çox təbiidir - EKSPERT RƏYİ

29.10.2015 14:47     A-reaksiya     2470

Neçə gündür dünya Suriyanın ABŞ ilə İranı ortaq bir məkanda görüşdürəcəyinə dair fikirlərlə çalxalanır. ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib ki, Suriyada siyasi keçid prosesini təmin etmək üçün İranla müzakirələr aparmaq mühümdür. O bildirib ki, İran hökuməti Bəşər Əsəd hakimiyyətini dəstəkləyir: “İran Suriya böhranının həllində rol oynayan əsas fiqurlardan biridir. Əsəd rejimi ilə mühüm əlaqələri var. Yaxın zamanda bununla bağlı geniş müzakirələrimiz olacaq”.

Reaksiya.az məsələ ilə bağlı Türkiyənin Giresun Universitetinin dosenti dos.dr. Abbas Qarağaclı ilə əlaqə saxlayıb. Müxbirimizə açıqlamasında politoloq bildirib ki, Suriya böhranının əvvəlindən bəri İran bu məsələ qarşısında çox müsbət və konstruktiv siyasət apararaq, ölkənin legitim və qanuni hökumətinin yanında yer alaraq dünyanın dörd bir yanından İslam ölkəsini qana bulamaq üçün gələn bütün sələfi -vahabi terrorçularının qarşısında yer alıb: “Dünyanın ən geridəqalmış vəmültəce rəhbərliyinə sahib Səudiyyə Ərəbistanı başda olmaqla Qətər, Birləşmiş Ərəb Əmirlikləri, sionist İsrail rejimi, ABŞ, Fransa və İngiltərə kimi imperialist dövlətlərin bu ölkəyə sövq etdikləri, maddi və texniki dəstək verdikləri terrorçular Suriyada  stabilliyi pozaraq, vətəndaş müharibəsi yaradaraq Suriyanı bölmək göstərdikləri səyləri İran, İraq və Rusiya kimi dost dövlətlərin dəstəkləri ilə heçə çıxacaq.

Rusiyanın başda İŞİD, Nusra, Əl-Qaidə, Əhrarül- Dəməşq, Liva İslam, Fəth Ordusu və ÖSO kimi sələfi -vahabi sionist terror təşkilatlarına qarşı başladığı uğurlu hava hücumlarının nəticəsində bu təşkilatlar böyük itki verərək məğlub ediləcəklər.

 Rusiya, İran, İraq və Suriya bu terrorçulara qarşı birgə kəşfiyyat və məlumat mübadilə mərkəzi quraraq ortaq cəbhə yaradırlar. Bu səbəbdən də İranın Suriyaya danışıqlarına dəvət edilməsi çox təbiidir. Regionumuzu əhatə edən bu terror bəlasından ancaq bütün region ölkələrinin birlikdə və bərabər hərəkət edilməsi  nəticəsində xilas olmaq mümkündür. İslam Dünyası əvvəl-axır Səudiyyə Ərəbistanı və Sionist Rejim mənşəli bu terror təşkilatlarının öhdəsindən gələcək”.

Şərhlər