Düşmənlə də danışmaq lazımdır - ALMAN EKSPERTİ
30.10.2015 12:17 A-reaksiya 2685
ABŞ Suriya siyasətini kökdən dəyişdirib. Artıq İran da Suriya müzakirələrində iştirak edəcək. Reaksiya.az-ın məlumatına görə, Almaniyanın "Deutsche Welle" saytının analitiki Matthias von Hein bildirib ki, bu olduqca gecikmiş bir addımdır. O, qeyd edib ki, Suriyada öldürmə, ölmə və yıxıntılarla keçən dörd ildən sonra nəhayət uzun bir müddət hərəkətsiz qalan cəbhələrdə canlanma yaşanır: “Vaşinqton dramatik bir mövqe dəyişikliyi ilə bu günə qədər Suriya siyasətinin özünü meydana gətirən ünsürlərdən imtina edib. Müdafiə naziri Aşton Karterin gələcəkdə İŞİD - ə qarşı mübarizədə İraq, lakin bunun yanı sıra Suriyada də quru qoşunlarından istifadə ediləcəyi istiqamətindəki mesajları ABŞ-ın mövqe dəyişikliyini göstərməyə yetər. Lakin daha da əhəmiyyətlisi ABŞ-ın müzakirə masasına Suriya böhranında mərkəzi bir oyunçu olan İranı da dəvət etməsidir.
Bu həftə Avstriyanın paytaxtı Vyanada Suriyanın gələcəyinə bağlı danışıqlar davam edir. Bu dəfə İranın xarici işlər naziri də ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarlarını dəstəklədi. ABŞ və Səudiyyə Ərəbistanı buna uzun bir müddət etiraz etmişdi. 2104 – cü ilin yanvar ayında ABŞ, BMT-nin Baş katibi Ban Ki Moonun Cenevrə Suriya görüşlərindən İranı çıxdaş etməsi məsələsində israr etməkdə idi. Halbuki, indi daş dövrü islamçılarınını, İŞİD xadimlərinin artan nüfuzu, Rusiyanın hücumlarının artması və hər şeydən daha əhəmiyyətlisi də ABŞ tərəfindən silahlandırılan və öyrədilən müxalif qrupların tamamilə müvəffəqiyyətsizliyə uğraması, bu siyasətin dəyişməsində təsirli oldu. Çünki kompleks bir böhranın həllindən söhbət gedirsə, insan təkcə dostları ilə müzakirələr apara bilməz.
Moskva və Tehran Bəşər Əsədin Suriyanın qanuni dövlət başçısı kimi qəbul etsə də, Suriya rejiminin bu əhəmiyyətli müttəfiqlərinin daxil olmadığı bir proses çərçivəsində problemə həll variantı tapmaq mümkün deyil. Bəzilərinin xoşuna gələ bilər, bəzilərinin isə yox, lakin gerçək budur. Yəni, ən azından keçid dövrü Əsadla olmaq məcburiyyətindədir. 300 min adamın həyatını itirdiyini düşünəndə bu dözülməz hala gəlsə də, alternativlər daha cazibədar deyil: Qərbdə tez-tez dilə gətirilən, light Suriya müxalifəti bir həqiqətdən çox fantaziyadır. Müxalifət yüzlərlə silahlı qrupa bölünüb hazırda. Bu qrupları bir-birindən ayıran təkcə radikallıq dərəcələri; İŞİD və Əl-Qaidə ilə birlikdə Nusra Cəbhəsi də bu oyunun kənarında qalan qruplardır.
ABŞ birliklərinin Suriyadakı quru hərəkatına yenidən toxunmaq lazım gələrsə; qeyd etməliyik ki, bu, əgər olacaqsa İran və Rusiya ilə müzakirələrdən sonra reallaşmalıdır. Əks təqdirdə amerikan və rus ordularının qarşı-qarşıya gəlməsi və gərginliyin yenidən alovlanması təhlükəsi çox daha böyük olacaq.
Şərhlər