Almaniya, İngiltərə və İran AKP-yə qarşı çalışır - Türkiyəli ekspert

30.10.2015 19:03     A-reaksiya     2823

Türkiyə noyabrın 1-də baş tutacaq palament seçkilərinə hazırlaşır.

Seçkiqabağı son vəziyyəti dəyərləndirmək üçün Reaksiya.az türkiyəli Orta Şərq üzrə ekspert Hüseyin Altınalan ilə əlaqə saxlayıb.

O, seçkilərin uğurlu alınmaması üçün bəzi qüvvələrin əllərindən gələni etdiklərini bildirib: “Türkiyə nəfəsini tutaraq seçkinin nəticələrini gözləyir.  Fətullahçı terror təşkilatı mənsubları da, "son seçkilərdə olduğu kimi, yenə  saxtakarlıq olacaq” iddiasındadır. İyun 7-də keçirilən seçkilərdən əvvəl və seçki günündə də eynisini ediblər. Seçkinin nəticələrindən sonra, AKP-nin təkbaşına hökumət olmadığını görəndə bu iddialarını davam etdirmədilər. İndi isə bu istiqamətdəki iddialarını yenidən yaymağa çalışırlar".

H.Atalanın fikrincə, digər tərəfdən, bəzi media qurumları da "ölkədə anti-demokratik vəziyyət" görüntüsü yaratmaqda maraqlıdır.

"İctimaiyyəti, dövləti zərərə uğradaraq haqsız qazanc əldə edən media holdinqinin İngiltərədəki “Murdoch” hadisəsində olduğu kimi holdinq rəhbərliyinin əlindən alınması "media susdurulur" formasında təqdim olunur. Hadisə təhrif edilir. Bundan başqa, bu qrupun media rəhbərlərindən biri, Türkiyəyə böyük ziyan vuran Cem Uzan holdinqinə əl qoyulanda Star Media Qrupunun rəhbərliyinə gətirildi. Onlara qarşı həyata keçirilən hüquqi proseduru özləri bilərək başqa tərəfə yönləndirirlər”, - deyə politoloq vurğulayıb.

O, Qərb mətbuatının AKP və Ərdoğan haqqında qərəzli materiallar dərc etdiyini əlavə edib: “Qərb mətbuataı çox açıq şəkildə AKP və Ərdoğan əleyhinə yayımlar edir. “The Economist” sosial media üzərindən AKP-yə “səs verməyin” çağırışı edir. İran mediası və diktatorluqla idarə olunan Ərəb ölkələri mediası da Ərdoğan əleyhinə materiallar nəşr edir.  Ərdoğanı "diktator" kimi qiymətləndirərək onun seçki ilə göndərilməsini istəyirlər. "Dünyada seçki ilə gedən diktator nümunəsi varmı?" Bir-birinə zidd olan hərəkət içindədirlər. Türkiyənin regionda və dünyada güc olmasını istəməyən ölkələr, xüsusilə də Almaniya, İngiltərə və İran HDP-nin səslərini artırması və AKP-nin təkbaşına iqtidar olmasının qarşısını almaq üçün hər yola əl atırlar”. 

Şərhlər