Almaniya iqtisadiyyatı çökür - SOS

19.06.2015 15:50     A-reaksiya     2924

Dövlətin borcu ilk dörd ayda  dörd dəfə artıb

 

Almaniyanın 2015-ci ilin ilk dörd ayında dövlət borcu 2 trilyon 60 milyard 539 milyon avro kimi hesablanıb.

Almaniyanın federasiya, əyalətlər və bələdiyyələrin bütün əsas və əlavə büdcəsi də daxil olmaqla ümumi borcu, bu ilin ilk rübündə əvvəlki dövrə nisbətlə dörd dəfə artıb.

 

Almaniya Federal Statistika Ofisi (Destatis) Bloomberg - ə verdiyi məlumata görə, Almaniyanın 2015-ci ilin ilk dörd ayının sonunda federasiya, əyalətlər və bələdiyyələrin bütün əsas əlavə büdcəsi də daxil olmaqla ümumi borcu 2 trilyon 60 milyard 539 milyon avro kimi hesablanıb. Keçən ilin son rübünə nəzərən ölkənin ümumi borcu 20,8 milyard avro artdı, artım nisbəti isə 25 % kimi ölçülüb.

Almaniyada federal borc, 31 dekabr 2015-ci ildə keçən ilin eyni dövrünə nisbətən 0,8% artım qeyd edib. Həmin borc 9,9 milyard avro artımla 1 trilyon 291,6 milyard avro oldu.

Əyalətlərin borcu isə həmin dövrdə keçən ilin ilk dörddə birinə nisbətən 0,7% artaraq 624 milyard avro səviyyəsində reallaşıb. Bələdiyyələrin borcu da 4,8% - lik artımla 144,9 milyard avro kimi təyin olunub.

Şərhlər

Çox oxunanlar