Yəmən və İordaniyada baş verən hadisələr, Qafqaz ölkələrində narahatlıqla qarşılanır - EKSPERT RƏYİ
19.06.2015 16:36 A-reaksiya 2518
Bunu Reaksiya.az – a açıqlamasında Qlobal Strateji Mərkəzinin sədri Əli Koca deyib. O, bildirib ki, son zamanlarda, qlobal formatda təsirini göstərən beynəlxalq siyasi tarazlıq dəyişmə hərəkətləri dünya gündəmini davamlı və hərəkətli saxlamaqdadır: “Qərb güc tarazlığını, belə demək mümkünsə sabit saxlamaq vəzifəsini həyata keçirən İŞİD – i ordan uzaqlaşdırıb , Tel Əbyad kimi bir yeri YPG (Xalq Müdafiə Birlikləri) yə buraxması, Yaxın Şərqdə yeni kartların müzakirə edilməsinin birmənalı şəkildə sübutudur. Tel Əbyad Rakka ilə əlaqəsinin olması və Kobani və Cizre kantonlarına startejik nöqtədə yaxın olmasına görə, İŞİD tərəfindən asanlıqla YPG qüvvələrinə buraxması, Türkiyə və Rusiya tərəfindən birmənalı qarşılanmamışdır. Hər zaman masada özünə yer əldə etmiş Müstəqil Kürdüstan layihəsinin ilk addımı ola bilər narahatlığı Türkiyə tərəfindən lazımlı orqanlara mesaj kimi göndərilmişdir. Ayrıca Yəmən və İordaniyada baş verən hadisələr, Qafqaz ölkələrində narahatlıqla qarşılanır və Qafqaz ölkələrinin hamisi vəziyyətindəki Rusiya da yeni strategiyalar ortaya atmağa məcbur olur. Rusiya Yəmən və İordaniya hadisələrində Qərbdən fərqli və mənə görə daha məqbul bir xarici siyasət həyata keçirir. Qərbin bu iki ölkə də tətbiq etdikləri siyasət və dəstəklənən qruplar bilinir; lakin Rusiya, istə Moskvada, istərsə də qarşıdurma bölgələrində həm müxalif qruplar, həm də iqtidar qrupların istək və arzularının dinləməkdə və tək tərəfli müdaxilələrdə qaçmaqdadır. Ukrayna və Krım hadisələri nəticəsində tətbiq olunan geniş diametrli emabarqolar ucbatından iqtisadi çətinliklər çəkən Rusiya gəlirinin böyük bir qisimini meydana gətirən enerjiyə investisiyalarına yeni enerji dəhlizləri açmaqla, Qərbin tətbiq olduğu embarqonun təsirlərini azaltmağa çalışır. Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanı Müdafiə naziri Məhəmməd Bin Səlman ilə Sankt Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda görüşmələri və yüksək səviyyəli 6 müqavilə imzalamaları və əslində masadakı razılaşma kartlarının qiyməti düşən neft məhsulları ilə birbaşa bağlı olması, təzyiqi yüksək beynəlxalq siyasətin fərqli limanlara hərəkət etməsinə səbəb olacaq. Yeni proseslər yeni nəticələri doğuracaq və Qafqazın dünya siyasətindəki yeri daha da sağlamlaşacaq”.
Şərhlər