Türkiyəyə dərin hüznlə başsağlığı veririk - Alman mediasından qəribə seçki analizi

02.11.2015 17:39     A-reaksiya     2343

Seçki nəticələrini dəyərləndirən Almaniaynın “Die Welt” qəzetindəki açıqlamada, Türkiyəyə başsağlığı verməyin vacibliyini qeyd edib.

Türkiyədə keçirilən parlament seçkiləri AKP - nin qalibiyyəti ilə nəticələnib. Rəsmi olmayan nəticələrə görə, 49% civarında səs toplayan AKP tək başına iqtidar olmağa çatacaq əksəriyyəti də təmin edib.

Seçkinin nəticələrinə alman qəzetləri də geniş yer ayırılar. “Die Welt” qəzetindəki məqalədə, Türkiyəyə başsağlığı verməyin vacibliyi qeyd olunub.

Qəzetdə yer alan məqalənin xülasəsini sizlərə təqdim edirik:

"Türkiyənin bir az da olsa işlək bir demokratiyaya sahib olması arzu edilməkdə idi. Çünki belə olmuş olsaydı, İslamçı - mühafizəkar AKP seçkidəki zəfərinə görə təbrik edilərdi. İşlər bir demokratiyada bir prezident, konstitusiya səlahiyyətlərini bu cür aşmaz, ölkədəki medianın böyük bir hissəsini iqtidardakı partiya üçün təbliğat vasitəsinə çevirməzdi. Elə ya da belə bir demokratiyada, seçicilər bunu və daha çoxunu diqqətə almazdı. Ona görə də, Türkiyəyə bu günə görə başsağlığı vermək lazımdır. Çünki Türk demokratiyasının gələcəkdə daha yaxşı işləyəcəyi və ölkənin sülh və dincliyə çatacağı istiqamətində heç bir işarə yoxdur. "

Şərhlər