İngiltərə və Almaniyanın ikili oyunu

04.11.2015 11:43     A-reaksiya     2242

Dünyanın dörd bir tərəfindən təbrik mesajları yağarkən, ingilis və alman mətbuatı Türkiyə əleyhdarı təbliğata son sürətlə davam edir. İngiltərə mətbuatında Türklər bu qalibiyyətin ziyanını görəcəklər " şəklində təhdidvari ifadələr yer alarkən, alman jurnalı “Der Spiegel” də “Qanlı seçki zəfəri” başlığı ilə seçkilərə kölgə salmaq niyyətinə düşüb.

Türkiyədə keçirilən 1 noyabr seçkilərində AKP - nin 49% - lik qalibiyyəti ilə çıxdı. AKP-nin böyük müvəffəqiyyətinə dünyanın dörd bir tərəfindən təbrik mesajları yağarkən, ingilis və alman mətbuatı vəziyyətdən narahatdır.

Hər fürsətdə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında hörmətsiz açıqlamalar verən ingilis mətbuatı bu zəfərin əvəzinin ağır olacağını iddia edib.

“The Guardian” qəzetində dərc olunan həyasız ifadələr bunlardır;

- "Ən böyük qumar"

"Türkiyənin islamçı prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyası AKP, gözlənilməz bir şəkildə parlament seçkisində məğlub olub ağır bir zərbə almışdı. Ərdoğan bazar günü, siyasət həyatının ən böyük qumarını oynamış və qazanmışdı".

"Amma Türklər Ərdoğanın təkcə özünə və AKP-yə ağır bir ziyan vura bilərdi. Ərdoğanın xoş olmayan mesajı ayrılığa və qorxuya söykənirdi: Qonşulardan, milli azlıqlardan, xaricilərdən, qaçqınlardan, amerikalılardan, Aİ-dən və insanların bir-birlərindən qorxu duymaları".

 "Bu zəfər Türkiyə üçün böyük bir təhdiddir"

“Ərdoğanın zəfəri Türkiyənin sabitliyi üçün əməlli başlı təhdiddir” - Bunu “Daily Telegraph”ın yazarı Mark Almond öz köşəsində qeyd edib. Mark Almond qeyd edib ki, Ərdoğanın zəfəri Türkiyənin istiqrarı üçün təhdiddir" başlıqlı yazısında prezidentin "gərginlik və qorxu" siyasətiylə qazandığını önə sürüb.

Şərhlər