Orta Asiyanın İsveçrəsi olmaq istəyən Qırğızıstan çətinlikdə
20.06.2015 13:03 A-reaksiya 2751
Orta Asiyada sərmayə çəkərək bölgənin İsveçrəsi olmağı hədəfləyən Qırğızıstan iqtisadiyyatda çətinliklərlə dolu həyat yaşayır.
Sovetlər Birliyi dövründə sənaye ölkəsi olan Qırğızıstan 1998-ci ilin dekabr ayında Dünya Ticarət Təşkilatına üzv olub. Bu tarixdən sonra ölkədə idxal həcmi sürətlə artmağa başlayıb. Hal-hazırda, ölkədəki istehlakının 80%-ni idxal mallar təşkil edir.
Ölkənin ixrac malları isə mədənlər, kənd təsərrüfatı məhsulları və tekstillə məhdudlaşır. Xarici ölkələrdə çalışan Qırğızıstan vətəndaşları da ölkə iqtisadiyyatında əhəmiyyətli bir yer tutur. Müstəqillikdən sonra iqtisadi və sosial problemlərlə yaşayan ölkə, Sovet dövründə yaşanan iqtisadi dəyərlərini itirərkən, mədənlərini də xarici administratorlara açıb.
Dünyanın böyük qızıl mədən yataqlarından biri olan Kumtör qızıl mədəni 2000-ci ildə Kanadalı investorlar tərəfindən işlədilməyə başlanıb. Ölkənin hal-hazırda ən əhəmiyyətli iqtisadi dəyəri olan Kumtör tək başına büdcənin 30%-ni qarşılaya bilir. Qırğızıstanda çalışan əhalinin 40% -i kənd təsərrüfatı və heyvandarlıqla məşğul olur. Qırğızıstanın müstəqillikdən sonra xarici borcları da davamlı olaraq artır.
Dolların dəyərinin davamlı artması da ölkənin xarici borc yükünü hər gün daha da ağırlaşdırır. Qırğızıstanın ümumi borcu 31 dekabr 2014 – cü il tarixində, 2014-ci ilin şəxsə düşən milli gəlir 51% -ə, yəni 3.65 milyard dollara çıxıb. Ümumi borcların 3,44 milyard dollarını xarici borclar, 209,9 milyon dollarını isə daxili borclar təşkil edir. Digər tərəfdən, ölkədə məşğulluq yaradan investisiyalar kifayət qədər deyil, rəsmi məlumatlarda isə işsizlərin sayının 60 min nəfəri keçdiyini bildirir.
Ancaq əsl sayının bunun 2-3 qatı olduğu deyilir. Bu arada, Qırğızıstan prezidenti Almazbek Atambayev 7 aprel 2010 – cu ildə baş verən hadisələrinin xatirə mərasimində etdiyi çıxışda, ölkənin son 5 ildə əldə etdiyi iqtisadi inkişaf haqqında da danışıb. Atambayev büdcəsi 5 il əvvəlinə görə 2.2 dəfə artdığını, həkimlərin orta maaşının 2.5 dəfə, müəllimlərin 1.9 dəfə, polis və əsgərlərin maaşının da 2.1 dəfə söyləyib.
Ölkədə hərbi islahat və silahlandırılmanın önəminin olduğunu da vurğulayan Atambayev Toktoqul Su Elektrik stansiyası və Bişkek Elektrik Stansiyasının böyük təmir edilməkdə olduğunu, yeni SES –lər və kanalların tikintisi başladığını açıqlayaraq, beynəlxalq maliyyə institutları Qırğızıstanı yoxsul ölkələr siyahısından çıxardığını dilə gətirib.
Şərhlər