“İndependent”: Rusiya-Yunanıstan ittifaqı, Avropanın kabusu olacaq

20.06.2015 13:20     A-reaksiya     2670

“İndependent” qəzeti, Yunanıstan baş naziri Aleksis Çiprasın iqtisadi problemlərin həlli üçün Aİ ilə danışıqlara qatılmaq yerinə Rusiyaya getməsini analiz edib.

 

Prirazlomnaya neft axtarış platformasının qaz məşəli…

 

Qəzetin xarici xəbərlər redaktoru David Wastellin imzasıyla dərc olunan və Afina ilə Moskva arasındakı yaxınlaşmanı araşdıran analizdə, Çiprasın Avropalı kreditorlarla həyata keçirilən müzakirələr davam edərkən, Rusiya məsələsinə müraciət etdiyi vurğulanıb. Yunanıstanın Avrozonadan çıxması halında Rusiya ilə ittifaq qura biləcəyi və bunun Avropa üçün kabusa çevriləcəyi ifadə edilib.


Putin Yunanıstanla ittifaqı avantaj kimi görür

 

Siriza lideri və Baş nazir Çiprasın Rusiya prezidenti Vladimir Putin ilə Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunda keçirəcəyi görüşün açıq bir mesaj xüsusiyyətində olduğunu ifadə edən Wastell, "Aİ-nin iqtisadi sanksiyalarına məruz qalan Rusiya üçün Yunanıstan ən real bir müttəfiqdir. Putin Yunanıstan ilə ittifaqı üstünlük kimi görür. Yunan hökuməti də, Putin də mütləq simpatiya duyur. Avrozonadan çıxıb Aİ üzvlüyünü davam etdirəcək olan Afina Rusiyaya yönəlik sanksiyaları veto edə bilər” – düşüncələrini ortaya qoyub.

 

Moskva bu yöndə sanksiyaların nəticələrini yüngülləşdirə bilər

 

İngiltərəli jurnalist Yunanıstanın Rusiyadan xilas edəcək paketi istəyə biləcəyini ifadə edərkən Moskva rəhbərliyinin bunun qarşılığında Aİ-dən sanksiyaları azaltmasını tələb edə biləcəyini qeyd edib.

Yunanıstan ilə Avropa arasındakı danışıqlarda nəticə alınmamasına da diqqət çəkən Wastell Aİ-nin Afinaya təqdim edilən müqavilədə yumşalma göstərməməsinin, yeni bir xilas paketinin yol açacağı gözlənilməz nəticələrlə bağlı ola biləcəyinə diqqət çəkib.

Şərhlər

Çox oxunanlar