İran ərəb ölkələrinə hücum etsə İsrailin vecinə də olmayacaq - EKSPERT RƏYİ

20.06.2015 14:15     A-reaksiya     2438

Türkiyənin Uludağ Universiteti İİBF Beynəlxalq Əlaqələr kafedrasının müdiri Prof. Dr. Tayyar Arı İrana qarşı qurulacaq İsrail-Səudiyyə Ərəbistanı əməkdaşlığını kağız üzərində qalacaq təsirsiz bir addım kimi qiymətləndirib.

Fələstin probleminə görə diplomatik əlaqələri olmayan Səudiyyə Ərəbistanı və İsrailin, 2014 – cü ilin əvvəlindən etibarən İranın bölgədəki nüfuz sahəsini daraltmaq məqsədiylə gizli danışıqlar apardığı irəli sürülüb. Bu iddia Washingtondan idarə olunan müstəqil düşüncə quruluşu Xarici Əlaqələr Şurasının (CFR) iyun ayının əvvəllərində təşkil etdiyi yığıncağından sonra gündəmə gəlib. Yığıncaqda iştirak Səudiyyə Ərəbistanı hökumətinin əsas məsləhətçilərindən Ənvər Macid, keçmiş və gələcək zamanda İsrail Xarici İşlər Nazirliyi Baş İdarəsinin rəhbəri kreslosuna oturması gözlənilən Dore Gold İranın ortaq düşmən olduğu və Yaxın Şərqdəki işğalçılıq siyasətinin qarşısını almaq lazım olduğu mövzusunda eyni fikiləri paylaşıblar.

İranın Suriyada Bəşər Əsəd rəhbərliyinə açıq dəstəyi və Yəməndə şiə Husilərə dəstək olduğu iddiaları, Riyad rəhbərliyini narahat edir. Belə ki, İranın regionda artan gücünü sındırmaq istəyən Səudiyyə Ərəbistanı, Yəməndə üsyançı şiə Husilərə qarşı hava əməliyyatına başlayıb, ölkəni dənizdən mühasirəyə alan koalisiya İrandan gələ biləcək hər cür yardımın da önünü kəsib.

İsrail isə, İran və P5 + 1 ölkələrinin ilə nüvə müqaviləni imzalamağa çox yaxın olması məsələsindən narahatlıq keçirir. Tel Əviv müqavilə nəticəsində investisiya qısqacından xilas olan İranın bölgədə siyasi və iqtisadi təsirini artırmasından narahatlıq keçirir.

Yaxşı düşmən olmasalar da, dost da sayılmayan İsrail və Səudiyyə Ərəbistanı, ortaq təhdid kimi gördükləri İrana qarşı güc birliyi edirmi? Ola biləcək bir Tehran və Tel Əviv-Riyad bloklaşmasının arxasında dayanan səbəblər nələr?

 

Ərəb dünyası və İran arasında qarşılıqlı inamsızlıq hökm sürür

 

Reaksiya.az – a açıqlama verən Uludağ Universiteti İİBF Beynəlxalq Əlaqələr kafedrasının müdiri Prof. Dr. Tayyar Arı İranın İslam dünyası içərisində olmaqla bərabər, İslam dünyasına tam inteqrasiya ola bilməmiş bir güc olduğuna diqqət çəkib. Bunun həm məzhəb fərqi faktorundan, həm də etnik Fars özünəinamından qaynaqlanacağını ifadə edən Arı, Buna görə də ərəb və fars cəmiyyətləri bir-birlərinə çox da güvənmirlər. Bu bir reallıqdır" - deyə danışıb.

 

Tehranın hakimiyyət iddiaları bloklaşma yaradır


Tayyar Arıya görə, İranın Yaxın Şərqdəki hakimiyyət iddiaları, silahlanmaya ağırlıq verərək hərbi güc halına gəlməyə çalışması şübhələrini artırır. Ayrıca, Suriya məsələsindəki rəftarı və Yəməndə Husilərə verdiyi dəstək də bölgədəki sünni ərəb topluluqları təhlükəsizlik axtarışı ilə Tehran əleyhdarı bir blok meydana gətirməyə sövq edir: "Tehranın etməli olan bölgəyə daha çox güvən verməkdir"- deyən mütəxəssis, əks istiqamətdəki mövqeyin İran əleyhdarı bloku mənalı hala gətirib, buna hökumət qazandırdığını vurğulayır.

Şərhlər