Fransa Yaxın Şərqdə söz sahibi olmağa çalışır - Politoloq

06.11.2015 17:05     A-reaksiya     2464

Xəbər verildiyi kimi, Fransa İŞİD-ə qarşı mübarizə məqsədilə Yaxın Şərqə hərbi donanma göndərəcək.

Fransanın donanma göndərməsinin regiondakı proseslərə hansı təsirinin olacağı ilə bağlı politoloq Zərdüşt Əlizadə Reaksiya.az-a açıqlama verib.

O, Fransanın bu əraziyə donanma göndərməklə regiondakı proseslərdə söz sahibi olmaq istədiyini vurğulayıb: “Yaxın Şərq, müsəlman dünyası sahibsiz evdir. Kim özünə xeyir götürmək istəyirsə, o ərazilərə daxil olur. Bir ölkə aviasiyasını, digəri donanmasını göndərir. Fransa da öz xeyrinə, məqsədlərinə görə, donanma göndərir. Fransanın Yaxın Şərqə donanma göndərməsi Rusiya ilə toqquşmalara da səbəb ola bilməz”.

Qeyd edək ki, Fransa sentyabrda ilk dəfə İŞİD-lə mübarizə çərçivəsində Suriyada hava hücumları həyata keçirdib.

Fransanın Yelisey Sarayı hava hücumları ilə bağlı açıqlama verərək bildirib ki, "Ölkəmiz İŞİD terror təşkilatı ilə mübarizədə əzmini göstərib. Milli təhlükəsizliyimizin təhlükədə olduğunu hiss etdiyimiz istənilən vaxtda hava hücumları təşkil edəcəyik"

Fransa və Suriya münasibətlərində tarixə nəzər salsaq görərik ki, hazırki Suriya və Livan torpaqlarının 1920-1946-cı illər arasında Fransanın müstəmləkəsi olub. 1946-cı ildə BMT-nin yaranması ilə Suriya müstəqil dövlət statusu alıb.

Şərhlər