KTMT rəhbərliyinə erməninin gətirilməsi təhlükəli olacaq - POLİTOLOQ

07.11.2015 18:15     A-reaksiya     2633

Xəbər verdiyimiz kimi, Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi təyin oluna bilər.

“Qraparak” qəzeti yazıb ki, “Hakimiyyətdəki mənbələrimizə istinadən KTMT-nin baş katibi vəzifəsində Nikolay Bordyujanı sabiq müdafiə naziri Vaqarşak Arutyunyan əvəz edə bilər”

Ermənistanın sabiq müdafiə nazirinin KTMT rəhbərliyinə gətirilməsinin regiondakı proseslərə nə kimi təsirinin olacağı ilə bağlı politoloq Qabil Hüseynli Reaksiya.az-a açıqlama verib.

O, KTMT-nin rəhbərliyinə erməninin gətirlməsinin təsadüfi hal olmadığını söyləyib: “KTMT-nin siyasətini Rusiyanın siyası rəhbərliyi və ilk növbədə müdafiə nazirliyi müəyyən edir. Rusiyanın ermənilərdən birini KTMT-də baş katib vəzifəsinə gətirməsi bu qurumun siyasətində erməni çalarlarının  artmasına gətirib çıxara bilər. Məsələn, buna KTMT-nin müəyyən qoşun kontengentlərinin Ermənistanda yerləşdirilməsi və ya müxtəlif yollarla erməni silahlı qüvvələrinə silah ötürülməsi kimi hallar daxildir.  Digər tərəfdən də, Ermənistan kadrları qarşılıqlı təcrübə adı altında Rusiya ali hərbi məktəblərinə göndərilə bilər. Bir sözlə,  KTMT-nin imkanlarından Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün istifadə edilməsi məsələsi xeyli güclənəcək. KTMT-ə qazax yox, qırğız yox, hətta belaruslu yox, erməninin gətirilməsi artıq Rusiyanın Ermənistana olan xüsusi münasibətinin ifadəsi kimi qəbul edilməlidir. Bu, Azərbaycan üçün də təhlükəli tendensiyadır”.

KTMT-nin blok şəklində Suriyadakı proseslərə müdaxilə məsələsini də şərh edən Q. Hüseynli belə hesab edir ki, KTMT hazırki vəziyyətdə formal xarakter daşıyır və münaqişələrin həllində heç bir effektiv rol oynaya bilməz.

“KTMT-nin sülhməramlı əməliyyatlar üçün dünyanın hər yerində missialar həyata keçirə biləcəyini düşünürlər, amma bu, baş tutan sevda deyil. KTMT hələ formalaşmamış, sturukturlaşmamış, silahlı qüvvələrinin sayı bəlli olmayan, idarəetmə aparatı dəqiq fomalaşmamış qurumdur. Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsidir. Ona görə də KTMT-nin NATO kimi, digər hərbi bloklar kimi formalaşmasına hələ çox var. Onun tərkibinə yeni üzvlər qəbul edilmədikcə bu qurum formal xarakterini qoruyub saxlayacaq”, - politoloq əlavə edib. 

Şərhlər