Rusiya dünya səhnəsində nə edəcək?

10.11.2015 11:29     A-reaksiya     2269

Rusiyanın izlədiyi xarici siyasət, dünyanın təxminən bir ildir ən əhəmiyyətli mövzuları arasındadır. Bu ölkə  əvvəlcə Krım, Ukrayna böhranı və bu ölkəyə qarşı başlayan embarqolarla, sonra da Suriyaya etdiyi müdaxiləylə gündəmə gəldi.

Oktyabr ayında Soçidə təşkil edilən, müxtəlif ölkələrdən iştirakçıların gəldiyi Valday forumundan sonra politoloq alim və Rusiya Beynəlxalq Əlaqələr Şurası Proqram Direktoru Dr. İvan Timofeyev Rusiya xarici siyasətində son meyllərin bir siyahısını çıxarıb. “Russia Direct” jurnalInda  dərc olunan yer alan yazıya görə Timofeevin siyahısı aşağıdaki kimidir:

1: Hərbi qüvvə: Rusiya xarici siyasi məqsədlərinə çatmağın ən etibarlı üsulu kimi hərbi qüvvədən istifadə etməyə davam edəcək. Qərb 10 ildir davam etdirdiyi döyüşlərdən, bunun arzu edilən nəticələri tam təmin edə bilmədiyini anladı. Rusiya isə bunun tərsini düşünür. İkinci Çeçen müharibəsində, Gürcüstanda, Krım və Şərqi Ukraynada siyasi məqsədlərinə çatmaq üçün həmişə hərbi gücə söykənib. İqtisadi, diplomatik, informasiya gücündən istifadə imkanları nisbətən daha məhduddur. Hərbi gücdən istifadə edərək məqsədlərinə çatmağın son nümunəsi də Suriya oldu.

2: Qazanc -  itki balansı sıfır olan oyun: Timofeyevə görə, Rusiyanın yaxın ətrafına istiqamətli yanaşması, qazanc - itki balansı sıfır olan bir oyundur. Rusiyanın yaxın ətrafını təşkil edən keçmiş Sovet respublikalarına yönəlik xüsusi əlaqəsi, buradakı xüsusi maraqları, bu ölkənin xarici siyasətinin tarixdən gələn vektorlar arasındadır. Bugünkü sual; bunun bugünkü praktikada hansı formada özünü göstərməsidir...

Ukrayna ilə problemlər gec - tez həll olunacaq. Rusiyanın postsovet sonrası digər sahələri gərgin şəkildə izləməsi isə davam edəcək. Qərbin buralara müdaxiləsi, Rusiyanın mövqeyini pozmaq kimi cəhdləri baş verdikdə isə, Moskva daha da hiddətlənəcək.

3: Yeni normalar: Qərb ilə əlaqələrdəki keçmiş dəyərlər itib. Rusiyanın Qərb tərəfdaşları ilə münasibhətlərdə yeni qaydaların, başqa cür ifadə edəsi olsaq, yeni normaların axtarışı içində olacağına şübhə yoxdur. Gürcüstan münaqişəsindən sonra bu istiqamətdə verilən təkliflərdən bir nəticə çıxmadı. Bunun yerinə Rusiya qəbul edilməsi, təcriddən xilas olması naminə yeni məqamlar axtarmağa məcbur olacaq. Suriya kimi, xüsusilə ABŞ-ın qəbul edəcəyi və əməkdaşlıq üçün məcbur qalacağı yeni sahələr axtarmağa başlayacaq.

4. Avropaya prioritet  yanaşma: ABŞ Vladimir Putinin prezidenti olduğu Rusiyanı potensial partner kimi qəbul etmir, tam tərsi onu təhdid kimi qəbul edir. ABŞ ilə "yeni normaların" yaranması mümkün deyil. Bu ölkənin razılıq əldə etməsi və ya Avropada yeni bir yumşalmanın yaşanması mümkün deyil. Buna görə də Rusiya Almaniya rəhbərliyi ilə əlaqələrini bərpa etmək istəyəcək.

5. Çin faktoru: Henry Kissincerın dediyi kimi, müttəfiq olmaları, Rusiya və Çinin təbiətlərində yoxdur. Amma Rusiya Çinin atdığı addımlardan daha çox addım atmasını istəyəcək. Pekin ilə həqiqi müttəfiqlik mümkün olmadıqdan sonra Moskva Cənubi Koreya, İndoneziya, Yaponiya kimi yeni tərəfdaşlar axtarışına çıxacaq. Hətta Orta Şərqə də yönəlmələr baş verə bilər.

6. İqtisadi düşüncələr: Rusiyanın iqtisadi islahat səyləri nəticə verməyəcək. Neft qiymətlərindən asılılıq mövcuddur. Sanksiyalar aradan qalxmadıqca, qiymətlər yüksəlsə də, iqtisadi böyümə təmin edilməyəcək. İqtisadi böhranı müsbət bir nöqtəyə gətirəcək olan leverage özəlliyindəki bir siyasi sistemə sahib deyillər. Xarici siyasəti, iqtisadi dəyərlər hamısıyla diqqətə alınmır. Uzun illərdən sonra Rusiya xarici siyasəti ilə daxili siyasəti arasında təzədən qarşıdurma yarana bilər. Siyasi qərarların əsas, iqtisadi nəticələrin isə ikinci prioritet daşıdığı indiki vəziyyətdə, daxilə yönəlmiş qiymətləndirmələrin xarici siyasətdə təsirli olduğu daha bir balanslı vəziyyət ortaya çıxacağı ehtimalı böyükdür.

Şərhlər