Türkmənistan Avrasiya geosiyasətində mühim yer tutur
22.06.2015 12:41 A-reaksiya 3241
Bunu Yeditəpə Universiteti Beynəlxalq münasibətlər fakuiltəsinin müəllimi, politoloq Sina Kısacık deyib. Politoloq bildirib ki, SSRİ - nin 1991-ci ildə rəsmən dağılmasından sonra müstəqilliyini qazanan Orta Asiya respublikalarından biri olan Türkmənistan əlində olan nəhəng neft və təbii qaz ehtiyatlarına görə Avrasiya geosiyasətində daim diqqət mərkəzindədir: “Xüsusilə təbii qaz ehtiyatları baxımından dünyanın ilk on ölkəsi arasında yer alan Türkmənistan öz müqəddəratını müəyyən etmək məqsədiylə bu ehtuyatlara həddindən artıq maraq göstərən Aİ və Çin Xalq Respublikası ilə mükəmməl əlaqələr qurur. Təbii ki burada bir məqamı qətiyyən unutmamalıyıq: Türkmənistanın da aralarında olduğu Orta Asiya ölkələrinin üzərində hələ də Kremlin böyük təsir qüvvəsi var. Sovetlər Birliyi zamanında təsis edilən asılılığa söykənən sistemin meyvələrini toplamağa davam edən Moskva bu ölkələri təbii ehtiyatlarına gpörə öpz əlində saxlayır və dünya bazarlarına bu ölkələrin təbii ehtiyatlarının məhz Rusiyadan təqdim etmək üçün müxtəlif qlobal layihələr axtarıb tapır.
Aşkabadın böyük təbii qaz ehtiyatlarına bütün yönləri ilə yaxından baxdığımız zaman gpörərik ki, bu sahədə kifayət qədər problemlər mövcuddur. Aşqabadın Moskvaya olan yüksək asılılığı, Xəzərin statusu məsələsinin heç cür həll olunmaması, Bakı və Aşqabad arasında Sərdar / Kəpəz yataqlarının kimə aid olması ilə bağlı davam edən anlaşılmazlıq, Türkmənistanın qaz ehtiyatlarının Rusiyaya alternativ boru xəttləriylə daşınmasını mümkün hala gətirməməkdədir. Rəsmi Pekinin burada Aşqabad ilə yaratdığı yaxın əlaqə də diqqətlərdən qaçmamalıdır. Ankaranın Aşqabad ilə Bakının arasını düzəltməklə bağlı cəhdləri hazırda bir nəticə vermir. Brüsselin bu mövzu ilə bağlı ortaya atdığı son təklif isə bu qaynaqların İran üzərindən Avropa bazarlarına çatdırılmasıdır. Lakin burada əvvəlcə Tehran və P5 + 1 ölkələri arasında davam edən nüvə proqramı ilə bağlı danışıqlarda orta yolun təmin edilməsi əsas şərtdir. Türkiyə baxımından isə Aşqabad ilə imzalanan razılaşma memorandumu öz enerji təhlükəsizliyini təsis etməyi hədəfləyən bir cəhd kimi dəyərləndirilməlidir.
Nəticə etibarı ilə bu məsələnin həlli istiqamətində tərəflər arasında ciddi və konkret bir iradə nümayiş etdirilsə, düşünürəm ki, Aşqabad Bakıdan sonra Avropa enerji təhlükəsizliyinin yeni parlayan ulduzu olma yolunda sürətlə irəliləyə bilər”.
Şərhlər