Qarşılıqlı etibar olmadığından proses ləng gedir - ESKPERT RƏYİ

22.06.2015 13:11     A-reaksiya     3213

İran və 5 + 1 Vyana nüvə danışıqlarında həyəcanlı saatlar

 

Beynəlxalq əlaqələr və Orta şərq məsələləri üzrə ekspert Qədir Gölkarian Reaksiya.az – açıqlamasında bildirib ki, 30 iyun tarixi yaxınlaşdıqca, İran və 5 + 1 ölkələri arasında son razılığın əldə olunub olunmayacağı əsas gündəm maddəsi kimi politoloqları və jurnalistləri nartahat edir: “Lakin müzakirə edən tərəflərin arasındakı əsas ziddiyyət, İranın hərbi bazalarına təsadüfi ziyarətlərin reallaşması və "düzgünlük və dürüstlük" yoxlama mexanizminin qüvvəyə minməsi məsələsidir. Ayrıca, "AP Plus" deyilən əlavə protokolun əlavə maddələr və bəndlərinin imzalanması da, əhəmiyyətli məsələlərdən sayılır.

Dünəndən etibarən Vyanada keçirilən razılaşmanın hazırlıq dövrü müzakirələrindən əvvəl ABŞ Xarici İşləri nazirinin müavini Antony Blinken müzakirələrin ancaq qalıcı və daimi bir müqavilənin imzalanacağı ilə açıqlama verirsə, İran xarici işlər nazirinin müavini Seyyed Abbas Arağçı isə imzalanacaq müqavilənin yalnız qısa bir müddət üçün keçərli olacağını bildirir. Bundan başqa, Arağçı, İranın NPT razılaşmasına bağlı qaldığını və öhdəlikləri yerinə yetirəcəyini də sözlərinə əlavə edir. Onsuz da əlavə protokol müddəalarının qəbul ediməsi elə bu öhdəliklərdən biridir”.

Bu günlərdə eyni zamanda Beynəlxalq Nüvə Agentliyinin iclasının Vyanada keçirildiyini xatırladan ekspert əsas güendəmin yenə də İranın nüvə enerji proqramı ilə bağlı olduğunu bildirib. O, qeyd edib ki, bütün bu məqamları bir araya gətirdikdə demək olar ki, tərəflərin məqsədi İran nüvə proqramı məsələsini problem halından çıxarıb, aradakı ixtilaf və anlaşılmazlıqları bir dəfəlik həll etməkdir: “Lakin çox vaxt qarşılıqlı etibar olmadığından proses ləng gedir və detalların üzərində dayanmaq zaman alır. Necə ki, İran rəsmilərinin açıqlamasına istinadən, protokolun hazırlanmasında 20 səhifə yazılmış, bunlardan ancaq 8 səhifə əsas məsələlərə həsr olunub. Qalan səhifələrdə isə həmişə eyni detallar əks olunmuşdur. Bu da, tərəflərin qarşılıqlı olaraq öhdəliklərin yerinə yetirilməsində məcburi maddələrin qoyulmasını göstərir”.

Şərhlər

Çox oxunanlar