Putinin arxasındakı “Dərin Rusiya" - Sergey Şoyqu

11.11.2015 17:38     A-reaksiya     2724

Putinin St. Petersburqda bələdiyyə sədri olduğu 1990-cı ildən bəri hökumətdə yer alan Sergey Şoyqunun başında olduğu müdafiə nazirliyi Rusiyanın xarici siyasətinin prioritet qüvvəsi sayılır

Rusiya Müdafiə naziri Sergey Şoyqun ölkənin Dövlət Başçısı Vladimir Putinin arxasındakı ən böyük güc kimi bilinir. Şoyqu 2012-ci ildə nazir vəzifəsinə gətirildikdən sonra Rusiya Müdafiə Nazirliyi və silahlı qüvvələri Putinin xarici əlaqələr siyasətinin prioritet qüvvəsi halına gəldi.

Krım və Şərqi Ukraynada NATO hava sahəsi boyunca və indi Suriyada, Rusiya yeni bir ciddiyyət nümayiş etdirir. Pentaqonun Rusiya əlaqələrindəki ən əhəmiyyətli rəsmisi Evelin Farkas Şoyqunun rəhbərliyindəki Rusiya silahlı qüvvələrini belə xarakterizə edir: “Daha əvvəl görülməmiş bir ciddiyyət, təşkilatçılıq və məntiqi bacarıq nümayiş etdirilir".

60 yaşında olan Şoyqu Rusiya hökumətinin ən uzun müddət xidmət etmiş üzvüdür. Onun fəaliyyət müddəti 1990-ci ildə Sovetlər Birliyinin yıxılmasının əvvəlinə kimi uzanır. O zamanlar Putin hələ Sankt Peterburqda mer vəzifəsində çalışırdı və Şoyqu sadəcə inşaat şirkətlərindən birində çalışırdı. Adı daha çox öz qurduğu və təxminən 22 il ərzində idarə etdiyi, geniş bir fəaliyyət sahəsinə sahib olan yarı hərbi xilasetmə xidməti Fövqəladə Hallar  Nazirliyində (MChS) hallanmağa başladı. Rusiyanın kompleks bürokratiyasını müvəffəqiyyətlə idarə etməsi ilə, gözə dəyən hər hansı bir düşmən əldə etmədən gücünü və məşhurluğunu artırdı. Rusiya elitlərini çalışan bir analist olan Evgeni Minçenko bildirib ki, yönətici sinfində onun kimi daha mötəbər bir insan yoxdur.

Şərhlər