Çin-Tayvan yaxınlaşması və regionda sülh

12.11.2015 12:06     A-reaksiya     2691

Çinin dövlət başçısı Xi Chinping Tayvanın dövlət başçısı Ma Ma Ying-Jeou ilə Sinqapurda görüşməsi Şərq Asiya siyasi tarixində 66 il sonra əhəmiyyətli bir proses kimi yaddaşlara həkk olundu. Bu görüş, iki siyasi dilemmaya bölünmüş Çin cəmiyyətində uzun müddət verən Soyuq müharibənin sona çatması kimi şərh olunur. Digər tərəfdən, iki liderin Çin İmperatorluğunun “müqəddəs” rəngi kimi qəbul edilən sarı rəngli panelin qarşısında kameralara gülümsəmələri uzun və dərin bir keçmişə mesaj göndərmək kimi qəbul edilməlidir. Çin imperatorluğu ilə bağlı verilən bu mesajda dünyəvi strukturları önə çıxan iki ölkə xalqlarını ortaq bir nöqtəyə daşımağın hədəfləndiyini söyləyə bilərik.

Heç şübhəsiz ki, iki prezidentin görüşü, Çinin Tayvan Adasını öz tərkibinə qatmaq üçün hərbi həll variantındansiyasi həll variantına sürüşdüyü 1979-ci ildən sonra gəlinən ən əhəmiyyətli mərhələ qəbul edilir. İki fərqli və bir-birinə rəqib dövlətin liderləri arasında, şənbə günü reallaşan görüş ikinci dünya müharibəsindən sonra bölgədəki geniş Çin cəmiyyətinin 'İki dövlətə' bölünmüşlüyünü beynəlxalq ictimaiyyət qarşısında açıq-aşkar ortaya qoyarkən, digər tərəfdən də baş verə biləcək bir siyasi birləşmənin qapısını aralama niyyətini özündə ehtiva edirdi. Bir çox yönlərdən ələ alınmalı olan bu görüş heç şübhəsiz, Şərqi və Cənub-Şərqi Asiyada son dövrdə yaşanan siyasi münaqişələrin tam ortasında reallaşmasıyla diqqət çəkir. Bu “son” proses belə, bölgənin nə qədər dinamik və hər gün yeni bir siyasətin və ya prosesin zühur edə biləcəyini ortaya qoyur.

Görüşün Sinqapurda reallaşmasının özü də, əslində Şərqi və Cənub-Şərqi Asiyanın siyasi və iqtisadi yaxınlığının bir göstəricisidir. Ayrıca Çinin etnik hakimiyyətinin təsiri altında olan Sinqapur, hər zaman davam etdirdiyi iqtisadi prioritetli siyasəti sayəsində bölgənin digər ölkələri ilə olduğu kimi, Çin və Tayvanla olan əlaqələri, dünənə kimi görüşə bilməyən bu iki ölkənin görüşə biləcəyi ən ideal məkan olduğunu sübut etdi. Əslində Sinqapur bu rolu ilk dəfə da oynamır. İki ölkənin rəsmiləri arasında 1993-cü ildən başlayan toplantıların mərkəzi də yenə Sinqapur idi. Son dövrdə danışıqlar nəticə verir, bunun əsas səbəbi isə 2008-ci ildə Tayvan seçkilərdə "birləşməyə" isti münasibət bəsləyən MA – nın qalib gəlməsi oldu. O ildən etibarən xüsusilə ticarət sahəsində 23 müqavilənin imzalanması axırıncı toplantı üçün atılan önəmli bir addım sayıla bilər.

Toplantıdan sonra Xi Cinpingin verdiyi açıqlamada bir məqam xüsusi ilə diqqət çəkirdi: "Bizlər bu gün tariximizdəki faciələrin təkrarlanmaması üçün buradayıq". Xi Cinpingin bu açıqlaması, təkcə Tayvanla olan tarixi ayrılıqlarla bağlı yox, geniş mənada isə  Şərqi və Cənub-Şərqi Asiya ölkələri ilə yaşanan adalar böhranı kontekstində bölgə ölkələrinə dolayı yolla da olsa müsbət bir mesaj olaraq oxunmaq üçün imkan yaradır.

Şərhlər

Çox oxunanlar