NATO Rusiyanın hücum ehtimalı ilə bağlı hansı ölkələrlə əməkdaşlığı artıracaq?
12.11.2015 13:58 A-reaksiya 2532
NATO İsveç və Finlandiya ilə əməkdaşlığı artırmaq istəyir. Reaksiya.az xəbər verir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı(NATO)nın baş katibi Jens Stoltenberg NATO-nun Baltikyanı bölgələrdə varlığını artırmaq üçün İsveç və Finlandiya kimi şimal ölkələri ilə əməkdaşlığı gücləndirməyi planlaşdırdığını açıqlayıb.
İsveçə səfəri zamanı açıqlama verən Stoltenberg bildirib ki, Rusiyanın aktivləşməsindən sonra NATO Şimali Avropa ölkələri ilə əməkdaşlığı gücləndirmək məcburiyyətində qoyub: "İndiki vaxtda biz görürük ki, bu gün sülh ilə müharibə arasında fərq, əvvəlki dövrlə müqayisədə çox daha qısadır. Şimal ölkələri ilə daha böyük əməkdaşlıqda biz də maraqlıyıq".
Rusiya Krımı ilhaq etdikdən və Ukraynanın şərqində yaşanan hadisələrdən sonra NATO-nun, hibrid (mələz) təhdidlərə qarşı mübarizə aparmaq üçün səyləri artırmalı olduğunu ifadə edən Stoltenberg NATO-nun Baltikyanı ərazidə varlığını artırmağa başladığını da xatırladıb.
Stoltenberg NATO-ya üzv olmayan İsveç və Finlandiya ilə əməkdaşlıqda baş verən inkişafları də qeyd edib.
Şərhlər