Suriyada "siyasi dialoq" - Güc göstərmək uğrunda yarışanlar
12.11.2015 15:17 A-reaksiya 2619
Bu həftəsonu Vyanada Suriyanın gələcəyi ilə bağlı növbəti danışıqlar keçiriləcək.
Reaksiya.az-ın məlumatına görə, “The İndependent” qəzeti bu danışıqlarda bütün tərəfləri təmin edəcək planının razılaşdırılmasının müşkül olacağını bildirir.
Qəzet qeyd edir ki, Vyana danışıqlarının iştirakçıları üç qrupa bölünür: Bəşər Əsədin tərəfdarlar, yəni, Rusiya və İran; Bəşər Əsədin rəqibləri – Türkiyə və Səudiyyə Ərəbistanı; eləcə də, bu iki cinah arasındda “orta” yer tutanlar – Böyük Britaniya və ABŞ.
Maraqlı odur ki, Rusiyanın mövqeyi nə qədər yumşaq olacaq. Bildirilir ki, Moskvanın planı Suriyada yaxın 18 ay ərzində konstitusiya hazırlamaq və prezident seçkiləri keçirməkdən ibarətdir. Bununla belə, Rusiyanın təkliflərində Əsədin istefası nəzərdəı tutulmur, lakin dövlət islahatlarına prezidentin mane olmamağı tələbi irəli sürülür.
Məqalənin müəllifi vurğulayır ki, Suriyadakı bu müharibə vəziyyətində seçkilər keçirmək çətin olacaq. Bundan başqa, hökuməti öz qohumları ilə doldurmuş Əsəd, çətin ki, hakimiyətdən vaz keçər.
Burda iki ssenaridən söz gedə bilər: ya Rusiya hazırkı prezidenti dəstəkləyəcək və hava zərbələrini gücləndirəcək, ya da ABŞ müdaxilə edərək, Suriyadakı hərbi əməliyyatlara “nöqtə” qoyacaq.
“The Wall Street Journal”ın da yazdığı kimi, Səudiyyə Ərəbistanı və Qərb dövlətləri Rusiyanın siyasi dialoqda səmimiyyət göstərəcəyinə və Əsədin asanlıqla hakimiyyətdən gedəcəyinə inanmır. . Nəşrin analitikləri hesab edir ki, Bəşər Əsəd daha bir neçə il müddətinə hakimiyyəti qoruya bilər.
Bununla belə, Rusiyanın mövqeyi bu danışıqlarla güclənir, çünki müxalifəti danışıqlar masasına oturtmaqla, Suriyadakı hərbi əməliyyatlarının da gedişatını müəyyən edir.
Suriya qoşunları Rusiyanın dəstəyi ilə strateji əhəmiyyətli irəliləyiş əldə etsə də, Əsəd qoşunlarının döyüş bacarıqları sürətli əks-hücum reallaşdırmağa kifayət etmir. Belə olduğu təqdirdə, Rusiyaya zaman qazanmaq, ya da prosesləri siyasi müstəviyə keçirmək lazım gəlir. Həmçinin ABŞ da siyasi dialoq nəticəsində artıq hərbi xərclərdən xilas olacaq.
Lakin məsələ ondadır ki, ABŞ üçün Rusiyanın Suriyadakı söz sahibliyi, üstəlik, mövqelərini havadanmüdafiə sistemləri ilə möhkəmlətməsi heç də ümidverici fakt deyil.
Ötən gün Con Kerri ilə Sergey Lavrov arasında olan görüşdə də siyasi dialoq məsələsi müzakirə olunub. ABŞ mötədil müxalifətdən söz açdıqca, Rusiya inadla həmin “mötədillər”lə görüşmək tələbi irəli sürür.
Burda söhbət Əsədin həmsöhbəti kimi suriyalı müxalifləri masaya oturtmaq və qüvvələrin nisbəti barədə aydın təsəvvür yaratmaqdan gedir.
Rusiyanın mövqeyini hamı bəyənməsə də, hazırda ən optimal variant kimi, gündəmə siyasi dialoq gəlir. Dialoq baş tutana qədər isə ABŞ dəstəklədiyi qüvvələrlə birlikdə daha çox ərazi, daha çox güc qazanmaq arzusundadır. Kürdlərin İraqda əks-hücuma keçməsi də buna dəlalət edir. Beləliklə, siyasi dialoqda kimin daha çox üstünlüklə çıxması kimin döyüşlərdə daha çox güc göstərməsindən asılı olacaq.
Bu da o deməkdir ki, hələlik döyüşlər davam edəcək. Bu, həm sə Suriyanın de-fakto bölüşdürülməsi olacaq.
Şərhlər