Necəsən, Rusiya iqtisadiyyatı? - TƏHLİL

13.11.2015 14:39     A-reaksiya     2947

Bolşevik inqilabından əvvəl proletariatın dahi rəhbəri V.İ. Leninin belə bir məşhur sözü var idi: “Lap pis, lap yaxşıdır". Bunun altında yatan məna vəziyyətin psiləşməsinin Çarın əleyhinə olacağı və bolşeviklərin bu halda daha da güclənəceyidir. Bu gün də Rusiya iqtisadiyyatı çətin vəziyyətdədir. Neft qiymətlərinin enişi, iqtisadi sanksiyaların da təsiriylə böyüməyə mənfi təsir göstərir.

“The National Interest” jurnalında Rusiya iqtisadiyyatı ilə bəzi suallar ünvanlanıb və "pis nədir və yaxşılaşma prosesi necə gedə bilər?" sualına cavablar axtarılıb. The Heritage Foundations Asian Studies Centerdən William T. Wilsonun yazısında ümidlərin çox zəif olduğu bildirilir.

Yazarın fikrincə, enerji qiymətlərində ani bir yüksəliş belə olsa, 2010 – cu illərin əvvəllərində görülən iqtisadi böyüməni təkrar yaşamaq çətin olacaq. Böyümə 2012 – ci ilin ilk rübündə, yəni sanksiyalardan əvvəl və neft qiymətləri də düşməmişdən sürətli bir geriləmə ilə əvəzlənmiş, böyümə 1% - lərə kimi düşmüşdü.

Rusiyanın 4%-lik böyümə faizləri ümumiyyətlə istehlakçı kreditlərindəki həddindən artıq artımdan qaynaqlanırdı və buna görə də davamlı ola bilməzdi. Dünya Bankının hesablamalarına görə Rusiyanın real ÜDM -si (real milli gəlir) 2017 – ci ildə, 2012 – ci ildən də aşağıda olacaq.

Qeyd etmək lazımdır ki, Rusiya iqtisadiyyatı ciddi mənada enerjidən asılı olduğuna görə, 2012-ci ilin dövlət büdcəsində çoxlu kəsir var idi, ancaq 2015-ci ildə bu kəsirin ÜDM – nin təxminən 4,5% - inə çatması gözlənilir. “Moody's”ə görə bu kəsiri aradan qalıdırmaq üçün iki hökumət fondunun birindən 2 trilyon rubldan çox pul çəkilə bilər. Maliyyə naziri Anton Siluanov da, əgər büdcəni düzəltmək üçün bu fondlara güvənməyə davam edilsə, hər iki ehtiyatı də iki ildən sonar tükənəcəyini söyləmişdi.

Mərkəzi Bankın ehtiyatları da keçən ilki 510 milyard dollardan, 370 milyard dollar kimi geriləyib.

İstehlak xərcləri 1998 – ci ildə baş verən iqtisadi böhrandan sonra görülən ən güclü geriləmə içərisində, ilin ikinci rübündə 7,5% civarında geriləyib. Yoxsulluq faizi də 2% artıb. 22 milyon insan yoxsulluq hədinin altında yaşayır.

Rusiya əhalisi də gərginlik içindədir və geriləməyin sürət qazanması gözlənilir.

Sanksiyalar gözləniləndən çox ziyan vurub. İdxal bu ilin ilk 8 ayda 39%, ixracat 30 geriləyib.

Uzunmüddətli baxdığımı zaman, hazırda yüksək gəlirli ölkələrdən sayılan Rusiya dərin və davamlı struktur islahatları həyata keçirməsə, ümidsiz, qaranlıq bir gələcəklə qarşı-qarşıya qalacaq. Qaranlıq gələcəkdən isə Rusiyanı heç kim xilas edə bilməyəcək.

Şərhlər

Çox oxunanlar