Paris hücumu və dünyanın düşə biləcəyi siyasi xaos - TƏHLİL
18.11.2015 09:12 A-reaksiya 2330
Fransa prezidenti Fransua Ollandın hücum Parisdə baş verənlərdən dərhal sonra verdiyi milli birlik mesajının ömrü cəmi iyirmi dörd saat oldu. Belə ki, bəyənatın üstündən heç iyirmi dörd saat keçməmiş Fransa ictimaiyyətində dərin fikir ayrılığı yaşanmağa başladı. Fransa müxalifəti daxili və xarici siyasətin yenidən nəzərdən keçirilməsi ilə çağırışlar edir. Nəzərdən keçirilməli olan məsələlərin başında isə daxili təhlükəsizlik, Suriya və miqrantlar problemi gəlir. Prezident bazar günü müxalifət liderləri ilə görüşdü, həmrəylik görüntüsünü davam etdirmək haqqında fikirlərini yenidən səsləndirdi... Amma, müxalifət liderlərinin verdikləri açıqlamaları həmrəylik dövrünün başa çatdığını göstərir. Şarli Hebdo (11 yanvar 2015) hücumundan sonra da tənqidlər səslənmişdi, ancaq bu dəfə səssizlik daha tez pozuldu. Olland öz gücünü ölkənin ali baş komandanı kimi daxildə fövqəladə vəziyyət elan edərək, xaricdə isə Raqqaya (İŞİD – in Suriyadakı qalası) hava əməliyyatlarını artıraraq göstərməyə çalışsa da, müxalifət bu dəfə "11 yanvar ruhu" şüarının arxasında gizlənməyə icazə verməyəcəyini bildirdi.
IŞİD - in Şarli Hebdo hücumundan on ay sonra, beş ayrı nöqtədə eyni zamanda əməliyyat keçirə biləcək mövqeyə yüksəlməsi təşkilatın əməliyyat qabiliyyətini (təbliğat,kəşfiyyat...) artırdığını göstərir. Canlı bombalar Fransa tarixinə bir ilk kimi daxil olub. Fransa Rusiya ilə müqayisədə (Şarm Əl-Şeyxdə 31 oktyabrda vurulan təyyarə) günahkarları ört basdır etmək yerinə birbaşa göstərərək şəffaflığın seçilməsi hələ ilk dəqiqələrdə istifadə olunan döyüş dilinin qəbulunu asanlaşdırdı. Ümumi havanın buna uyğun olması, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın ilk açıqlaması beynəlxalq ictimaiyyətdə Parisin mühasirə altında olduğu təəssüratını gücləndirdi. Bu hal Ollandın Şarli Hebdo hücumundan sonra boynuna götürdüyü birləşdirici rola əlavə olunan döyüşçü rolunu boynuna götürməsi imkanını təmin etdi.
Dərhal sonra gələn bütün açıqlamalar təkcə Parisin yox, eyni zamanda bütün Fransanın təhdid altında olduğu fikrinin yayılmasına səbəb oldu. Fövqəladə halın elan edilməsi, ordunun Parisə yeridilməsi, 61 sərhəd məntəqəsində ciddiliyin artırılması, əsgərin startejik nöqtələrə yerləşdirilməsi II. Dünya Müharibəsindən etibarən Fransanın yaşamadığı bir atmosferin xaricə vurulmasını təmin etdi. Terror hücumlarının Belçika-Fransa-Suriya üçbucağında hazırlanması, kimlikləri müəyyən edilənlərin içində fransız vətəndaşlarının olması 11 yanvar hücumlarından sonra dilə gətirilən şəhərətrafı qəsəbələr problemini yenidən gündəmə gətirdi. Fransa prezidenti Ollandın hücum müharibəsinin elanı kimi "müharibə, barbarlıq və şəhərətrafı qəsəbələr" sözlərinin bir araya gəlməsi ilə Fransanın vətəndaş müharibəsinin astanasında olduğu ilə bağlı açıqlamaların verilməsini intensivləşdirdi. Verilən açıqlamaların ultra radikal sağın uzun zamandır dilə gətirdiyi tənqidlərlə üst-üstə düşdüyü, şəhərətrafı üsyanlarının onuncu ilində (2005), "terrorun" şəhərətrafı qəsəbələrdən bəsləndiyi və vaxt itirmədən müdaxilə edilməli olduğu düşüncəsi prinsip etibarı ilə bütün tərəflərin razılığa gəldikləri bir mövzudur.
Fransız siyasi elitasının döyüş dilini, medianın qorxu ifadəsini səhv oxuma və qiymətləndirmələrə zəmin hazırlayır. Hər hücumdan sonra Elizey sarayına dəvət edilən dini camaatların bu hücumdan sonra saraya dəvət edilməməsi 11 yanvar hücumundan fərqli olaraq mövzunun ümumi terror başlığında dəyərləndirilməsinə kömək olacağı və yersiz müzakirələrdən qaçınılacağını düşündürürdü. Ancaq təəssüf ki, ultra radika sağın şərhləri və vizual mediada yayılan xəbərlər qaçqınlar məsələsi ucbatından müsəlmanları hədəf taxtasına oturtdu. Həftəsonu bir neçə məscidin dağıdılması Şarie Hebdo hücumundan sonra yüksələn zorakılıq dalğasını sürətləndirəcəyini göstərir.
Terror hücumlarının baş verdiyi nöqtələrin birində olan Suriya pasportlu qaçqın məsələsinin terrorun üst başlığında dəyərləndirilməsinə səbəb təqdim edir. Gələnlərin indi olmasa da orta və uzunmüddətli inteqrasiya yaşamamaları, Fransa nümunəsində olduğu kimi fərqli yollara sürüşə biləcək yönündə verilən açıqlamalar, yazılanlar başda Almaniya olmaqla Avropada narahatlığı artırır. Keçən həftələrdə Polşada iqtidara gələn mühafizəkar sağ Paris hücumunu fürsət bilərək, seçkidəki vədi olan, qaçqın kvotalarına uymayacağını bildirməsi, dünənə kimi Almaniyaya yaxınlığı ilə bilinən Polşanın yeni dövrdə xüsusilə qarşı blokda iştirak edən Orta və Şərqi Avropa dövlətləri ilə (Macarıstan, Çex Cümhuriyyəti, Slovakiya, Sloveniya...) hərəkət edəcək olması Avropa İttifaqının sentyabr ayında təmin etdiyi kvotalar siyasətini yenidən qiymətləndirməyə məcbur edəcək.
Paris hücumundan sonra fransız siyasətçilərinin mövqeyi və şərhləri, qəbulu çətin olsa da, yaxınlaşan bölgə seçkilərindən müstəqil qiymətləndirmək mümkün deyil. Bütün partiyalar ifadələrinin doğruluğunu sübut etmək üçün mübarizə aparır. Oxşar siyasət on il əvvəl Paris ətrafında yaşanan hadisələri düzgün qiymətləndirməməsi kimi mövzunu tam təhlükəsizlik səbəblərinə görə ələ alması fəlakətin ölçülərini artırdı. Bu gün eyni baxışla terror hücumlarına yanaşmalar, bəzilərinin hədəf kimi göstərilməsi, milli birliyi siyasi bir şüar və vasitə kimi görməsi davamlı birini digərinə (təhlükəsizlik) seçilməsi, sıxışdığı zaman "ortaq dəyərlər" vurğusu ilə topu kənara atması, fransız siyasətçilərinin son iyirmi ildən etibarən romantikliyi realizmə, asan olanı çətin olana üstünlük verməsi siyasətin içinə düşdüyü girdabdan xilas etməyə maneə törədir.
Şərhlər