Vatikanda nə baş verir? - PAPA İSTEFA VERƏCƏK,YOXSA?...

18.11.2015 09:14     A-reaksiya     2811

Vatikan, Vatiliks skandalından sonra (2012) yeni bir casus skandalı ilə mübarizə aparır. Papa Fransis tərəfindən yaradılan xüsusi iqtisadiyyat heyətində çalışan iki məmur səslərin yazılmasına və gizli sənədlərin ötürülməsinə görə keçən həftə həbs olundu. Lucio Angel Vallejo Balda ispan din alimi və Franseska İmmakolata Çaouqui italiyalı hüquqşünas. Çaouqui sərbəst buraxılarkən Balda danışmağı gözləyir. Ancaq hər ikisi arasındakı bağ iqtisadiyyat heyəti üzvü olmalarıyla məhdud deyil, eyni zamanda Opus Deninin bağlı olmaları hadisəyə ayrı bir rəng qatır. Sələfi XVI. Benedictus kimi Francis də inandığı və diqqətlə seçdiyi şəxslər tərəfindən tələyə salındı. Sələfi kimi Vatikanın maliyyə ehtiyatlarına bağlı çox xüsusi məlumatlar, keçən həftə İtaliyada yayımlanan iki kitabın əsas mövzusu oldu. Ancaq sənədlər ortalığa çıxmadan qərara alınan həbs qərarı bütün tərəflərə göz dağı verərək sələfindən fərqli davranacağam ilk işarəsini verdi.

Mövzu Vatikanın iqtisadiyyat siyasəti əlaqədar olduğu qədər Papa II. İohan Paveldən etibarən Curia Romanada (icra hakimiyyəti) davam edən güc mübarizəsi ilə də bağlıdır. Kardinalların hiyləgərlikləri, , lüksə olan düşkünlükləri onsuz da bilinən həqiqətlərdəndir. Papanın savaşı da onsuz da elə bunlarladır. Vəzifəyə gəldiyi gündən bəri birinci prioriteti Kilsəni yeni bir üfüqlərə daşımaq olan Fransis bunun üçün qanqrenaya çevrilən mövzulara toxunmaqdan çəkinmir. Üz qızardan cinayətlərdən vəzifədən sui-istifadəyə; lüksdən israfa kimi geniş mübarizə spektorunu əhatə edir. Yayımlanan son sənədlərdə kilsəyə edilən birbaşa ianələrin əsl istifadə edilməli olan yerlərə istifadə edilməməsi, səhv maliyyə siyasətinə görə büdcədə yaranan kəsirləri bağlamaq üçün istifadə edir; ayrıca Vatikan apteki və kitabxanası üçün həddindən çox alqı satqıların həyata keçirilməsi, anbarların talan edilib Romada qara bazara çıxarılması, pensiya sisteminin işlək hala gəlməməsi, personal işə götürülməsində lazımsız otuz faizlik artımlar qeyd olunanlar arasındadır.

Benzer bir müzakirə keçən illərdə Amerika Birləşmiş Ştatlarında kilsənin bazar günləri topladığı ianələr məsələsində də yaşanmışdı. Təxminən 70 milyon nəfər katolikin yaşadığı Amerikada illik bazar ayinlərindən 13 milyard dollar ianə əldə edilir. Lakin, pulların necə toplandığı, kimi nəzarəti altında olduğu və hara çatdırıldığı qeyri-müəyyənliyini qoruyur. Son illərdə baş verən qalmaqallara baxdığımız zaman idarə olunması imkansız bir sərvətdən bəhs edirik. Bu çərçivə daxilində Vatikanın iqtisadi siyasəti ilə bağlı yayımlanan yeni sənədlər bilinən bir gerçəyi qüvvətləndirməkdən başqa yeni nəsə ortaya qoymursa, bütün bunların məqsədi nədir?

İlk açıqlama keçən həftə istintaqa cəlb olunan ikinci şübhəlidən gəldi. Franseska İmmakolata Çaouqui “Vatileaks” skandalında sənədləri sızdıran xüsusi köməkçisi kimi, papanın içində olduğu çətin vəziyyəti izah etmək üçün bu məsələləri kənara sızdırdıqlarını söyləyir. “La Stampa” qəzetinə verdiyi müsahibədə bütün məsuliyyəti Vallajo Baldanun üstünə atır. Hüquqşünaslıqdan başqa, eyni zamanda mükəmməl bir natiq olması, ondan təmkinli olmağı tələb edir. Onsuz da hüquq    şqünas sifətindən daha çox ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis olduğuna görə Baldanın tövsiyəsindən sonra bu quruma daxil edilib. Keçən il sosial mediandakı hesbaından papanın qan xərçəngi xəstəliyinə tutulduğuna dair yayımlanan ismarıcların ona aid olmadığı və başqalarının hesabına girməsi ilə yayımladığını ifadə etməsi, son yaşananlarla müqayisə ediləndə tamam fərqli bir əhəmiyyət qazanır. Ancaq bir məsələ də var ki, papanın sağlamlıq vəziyyəti ilə bağlı yayımlanan ilk və son xəbər bu deyil. Müxaliflər bu cür dediqodularla  əslində bilmədən papaya çıxış yolu göstərirlər.

İctimaiyyətə ötürülən sənədlərdə iş yoldaşlarının korrupsiya ilə ittiham edilmələri, Çaouquinin iddia etdiyi kimi heç də papanı gücləndirmir, əksinə daha da zəiflədir. Hər dövlətdə olduğu kimi Vatikanda da bürokratiya idarəsi zorakı bir quruluşdur. Kardinal təsiri altında, istəndiyində təsirsiz hala gətirilə bilər. İki min illik ənənəni yenidən dizayn etmə fikri onsuz da müqaviməti artırır. Hələ bir müddət əvvəl tamamlanan ailə sinodunda yaşanan müzakirələrə baxdığımız zaman əldə etdiyi nəticənin gözləmələrinin altında reallaşdığını söyləmək mümkündür. Sinoddan əvvəl kardinal papaya göndərdikləri məktubun mətbuata sızdırılması içəridə əsən havanı göstərməsi baxımında əhəmiyyətli idi. Kardinallar narazılıqlarını sərt sözlərlə ifadə edərək boşanma hüququnun sulandırılmamasını tələb edirdilər.

Curia Romananın islahatı məsələsində, əvvəllər kardinallar verdikləri dəstəkdən güc alaraq amma daha çox özünü qorumaq üçün meydana gətirdiyi paralel lövhələr son yaşananlardan sonra Curia Romananın asan asan bypass etməyin mümkün olmadığını göstərdi. Seçdiyi insanların oynuna gəlməsi kimin harda olduğunu artıq göstərir. Gizliliyin əsas olduğu bir dünyada hər tərəfin sərhədin harada başladığı və bitdiyini bilinməlidir. Əks təqdirdə böhran yarana bilər.

Son hadisədən sonra papanın Curia Romana islahatına böyük zərbə dəydi. Ali düşüncələrlə başlayan islahat prosesinin dalana dirənməsi köhnə ilə yeni arasında sərhədlərin tam mənasıyla müəyyən olunmamasından yaranıb. Bu vəziyyət isə qarşıdurmalara səbəb olur. İqtisadiyyat sahəsində yaşanan çəkişmələr də eyni səbəbdən baş verir. Buna gələcək narahatlığı da əlavə olunarsa, proses öz – özünə dayanır. Məsələn, iyun ayında dörd il ərzində Vatikandakı bütün  media orqanlarının vahid mərkəzdən idarə olunması planı da süquta uğradı.

Artıq onun qarşısında iki seçim var: ya sələfi XVI. Benedikt kimi yayılan dedi-qoduları fürsət bilib, sağlamlığını səbəb göstərib geri çəkiləcək, ya da öz ifadəsiylə "din tacirlərini" və "fironları" məbəddən çıxarana kimi başladığı mübarizəni davam etdirəcək. Fərqli zamanlarda sağlamlığına bağlı verdiyi açıqlamalar əslində birinci variantı seçəcəy təəssüratını meydana gətirsə də, dedi-qoduların vaxtını uzatması, taleyin ona biçdiyi rolu sonuna kimi oynayacağını düşündürür.

Şərhlər

Çox oxunanlar