Yang Jiechi: Çin-ABŞ əməkdaşlığı dünyanın xeyrinədir

23.06.2015 11:56     A-reaksiya     2768

Çin Dövlət Müşaviri Yang Jiechi, Çin ilə ABŞ arasındakı əməkdaşlığın həm iki ölkə, həm də bütün dünya üçün faydalı olduğunu söyləyib.

Yang Jiechinın qələmə aldığı "Çin-ABŞ əməkdaşlığı iki ölkənin və dünyanın xeyrinədir” başlıqlı məqalə dünən “Foreign Policy” jurnalında dərc olunub.

Yang Jiechi'nın məqaləsi, bu gün və sabah Vaşinqtonda keçiriləcək VII Çin-ABŞ Strateji və İqtisadiyyat Dialoq Forumu ərəfəsində qələmə alınıb.

Yang, məqalədə 2009-ci ildə qurulan dialoq mexanizmi sayəsində, xüsusilə 2013-ci ildə Çin və ABŞ liderləri Xi Jinping və Barak Obama arasında yeni formatda böyük ölkələrarası əlaqə modeli yaradılması məsələsində əldə olunan razılaşmanın xeyli uğurlu nəticələrinin olduğunu vurğulayıb. Bu gün iki ölkənin dünyanda sülhü və inkişafın bərqərar olması yolunda geniş sahələrdə möhkəm təmas və əməkdaşlıq içində olduğunu ifadə edən Yang terrorla mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, regional problemlərin həllinin sürətləndirilməsi, transmilli cinayətlərlə mübarizə, epidemiya xəstəliklərinin qarşısının alınması və aradan qaldırılması kimi mövzulardakı işbirliklərinin də gündən günə daha da artdığını qeyd edib.

Keçən il iki ölkə arasındakı ticarət həcminin və qoyulan investisiyaların rekord səviyyəyə çataraq, Çin və ABŞ-da məşğulluq və iqtisadi böyüməni sürətləndirdiyini vurğulayan Yang Çin və ABŞ-ın qlobal iqtisadiyyata qatqı dərəcələrinin 15,3% və 27,8% olduğunu və qlobal iqtisadi böyümənin iki ana hissəsini təşkil etdiyini ifadə edib.

G-20 və APEC çərçivəsində iki ölkənin müxtəlif tərəflərlə birlikdə qlobal iqtisadiyyatda inkişafın və inteqrasiyanın  sürətləndirilməsi və Asiya-Sakit okean sərbəst ticarət bölgəsi görüş prosesinin başladılması üçün ortaq səy göstərdiyini qeyd edib.

Şərhlər