Paris və Beyrut hücumlarına yanaşma fərqi
18.11.2015 12:40 A-reaksiya 2725
Livanlı jurnalist Həbib Battah “Al Jazeera” üçün qələmə aldığı yazısında Parisdəki hücumların qurbanları üçün yas tutarkən Livandakı bombalı intihar hücumlarında ölənləri nə üçün ayırdığımızı sorğuya çəkir. Reaksiya.az sizlərə həmin yazını təqdim edir.
Livan ictimaiyyəti Avstraliyanın ən qədim və ən böyük miqrant qruplarından biri olduğundan, yerli bir xəbər saytında çıxan xəbərdə qeyd olunduğu kimi, Livan bayrağını Sidneyin mərkəzindən sayılan Opera Binasının üstündə görmək elə də böyük bir sürpriz olmazdı.
Ancaq ötən həftə Beyrutda reallaşan bombalı hücumların ardından Livan xalqına həmrəylik mesajı verən bu görüntünün rəqəmsal kimi dəyişdirilmiş, saxta bir şəkil olduğu ortaya çıxdı, ki bu da bu cür hücumların qurbanlarına bütün dünyanın kədərləndiyi əfsanəsinin altındakı ikili standartın altından xətt çəkirdi.
Livanlı bloggerləri və “Twitter” istifadəçiləri keçən həftənin cümə günü Parisdə təşkil edilən hücumların qurbanları üçün dünyanın dörd bir tərəfində qurulan abidə və binaların fransız bayrağının rəngləri ilə işıqlandırıldığına , halbuki bir gün əvvəl Beyrutda baş verən intihar hücumlarının qurbanlarına bənzər hörmətin göstərilmədiyinə diqqət çəkib.
Bu qəribə vəziyyət Avstraliya qəzetlərinin bəzilərinin də diqqətindən yayınmayıb. Ölkədəki Livan əslli avstraliyalıların sayının fransız əslli avstraliyalılar üç qatı olduğu, ancaq baş nazir Malcolm Turnbullun Twitter mesajında avstraliyalıların ürəkləri, duaları və həmrəylikləri ilə fransız xalqının yanında olduğunu söylədiyi halda, Livandan heç bəhs etmədiyi də xüsusi ilə vurğulanıb.
“New Matilda” adlı xəbər saytından Kris Qraham mövzuyla əlaqədar yazısında bunu bildirib: "İnsan kimi əgər özümüzü bəziləri ilə eyniləşdirəcək olsaq, bu Livan əslli avstraliyalılar olardı deyə düşünürəm. Nəticədə bu millətin ən sevdiyi adlar arasında bir çox livan əslli vətəndaşlar var. Bir çoxunun ictimai həyata böyük qatqıları olub".
Digər tərəfdən Vashington tərəfində ABŞ prezidenti Barak Obama Parisdəki bombalı hücumları "bütün insanlığa yönələn bir hücum" kimi xarakterizə edərkən, livanlı məşhur alim Sari Makdisinin “Twitter” hesab etdiyi kimi, Beyrutdakı hücumlar haqqında fikir belə bildirməmişdi.
Qırğınları dəstəkləyən başlıqlar
Ancaq Beyrutdakı hücumların beynəlxalq arenada görməzlikdən gəlinməsindən daha çox narahat edici olan bir məqam isə Qərbə istinadən edilən bir çox xəbərlərdə livanlı qurbanlara bağlı kədərlənmək yerinə, onlara qarşı ağır bir dildən istifadə edilməsidir.
Fransadakı hücumlarla bağlı ilk başlıqlar olduqca sadə bir şərh kimi verilmişdi. “New York Times” hücum haqqında xəbərin başlığını "Parisdəki aksiyada 100-dən çox ölü var, sərhədə nəzarət gücləndirilib"şəklində vermişdi, “Reuters” isə xəbəri "Yaraqlılarn qırğın törətdiyi Parisdə şübhə və panika hökm sürür" başlığı ilə vermişdi.
Halbuki, Beyrut küçələrində yaşanan dəhşətin təsviri tək başına kifayət etmədi. Başlıqlarda istifadə olunan ifadələr qurbanları yaşadıqları yerə və siyasi kimliklərinə dair fərziyyələr görə bölərək qırğınları bir növ qanuniləşdirirdi.
“New York Times”in manşeti "Ölümcül partlayışlar Beyrutun cənubunda Hizbullahın qalasında baş verdi" şəklində idi. “Reuters” isə hadisəni "İki İntihar bombaçısı Livanda Hizbullahın qalasını vurdu" şəklində təqdim etdi.
Paris ilə əlaqədar xəbərlərin ilk cümlələrindəın etibarən “Reuters” və “New York Times” qəzeti qurbanların insanın qanını donduran ifadələri bəzək-düzəkli, qorxu dolu səhnələrə və polisin terroristləri tutmaqla səylərinə yer verirdi.
Xəbərlərin irəliləyən hissələrində Fransanın Suriyaya istiqamətli hərbi müdaxiləsinə yüngülvari bir reaksiya verilib. Beyrut ilə əlaqədar xəbərlərdə isə, bunun əksinə, hərbi və geosiyasi detallar xəbərin tam mərkəzində yerləşdirilib. Demək olar ki, hər cümlədə Hizbullahın Suriyada yerləşməsi xüsusi ilə qeyd olunur. Yaralıların ifadələrinə demək olar ki, heç yer verilmir və "terrorçu" sözündən nadir hallarda istifadə edilir.
Paris xəbərlərində hücumların baş verdiyi konsert salonu və stadion ətraflı bir şəkildə təsvir edilərkən, Beyrutda partlayışların dağıtdığı ticarət mərkəzindən, məsciddən və məktəbdən az qala heç bəhs olunmur.
Məsələn, Beyrutdakı hücumların üstündən hələ 24 saat keçməmiş “Huffington Post” qəzetində nəşr olunan bir analizi ələ alaq. Mərkəzi Vashingtonda yerləşən düşüncə quruluşu “Atlantic Council”in bir üzvü tərəfindən qələmə alınan analizdə bir başa bu faciənin gözlənilən bir hadisə olduğu diqqətə çatdırılır və qeyd olunur ki, Livanın paytaxtı Beyrutun Hizbullah nəzarətindəki Dahi bölgəsində yaşayanların yenidən bombalı bir hücuma məruz qalmaları an məsələsi idi.
Parisdəki bombalı hücumdan bir gün sonra, avropalıların qətlin sadəcə bir "an məsələsi" olduğunu iddia edən bir məqalə nəşr etdirdiyini düşünmək olarmı?
Şərhlər