Dünyanın su ehtiyatları nə zaman bitəcək?

18.11.2015 18:07     A-reaksiya     3386

Mütəxəssislər dünyadakı yeraltı su ehtiyatlarını ölçüblər. Bunun üçün kompleks hesablama üsulları və xüsusi xəritələrdən istifadə edilib. Ortaya maraqlı məqamlar çıxıb.

Qısa bir müddət əvvələ kimi dünyanın yeraltı su ehtiyatlarının nə qədər olması haqqında yalnız təxmini bir rəqəm deyilirdi. Bu rəqəm 1970-ci illərdə rus alimlərinin apardığı araşdırmalara əsaslanırdı.

Göttingen Universitetindən araşdırmaçı Elko Luijendijk bildirib ki, həmin rəqəmlərin həqiqətən tamamilə təxmini rəqəmlərdən ibarət olduğunu fərq edildiyi zaman olduqca heyrət yaradıb: “Heç bir məlumatla dəstəklənmirdi. Təkcə bir paraqraf kimi məktəb kitablarında yer vermişdilər. Buna görə də əldəki məlumat və analiz imkanları yeraltı su ehtiyatlarının miqdarı haqqında yeni bir təxmini rəqəmlərin zamanının gəldiyini düşündük. Bu məzmunda əvvəlcə nə qədər müasir yeraltı suyu olduğunu hesapladıq".

Yeraltı suları "qalıntı" kimi göstərilən və milyonlarla il əvvəlində meydana gəlmiş su ehtiyatları ola biləcəyi kimi, dəniz, quru, atmosfer arasındakı aktiv su dövrünün içində olan və "yeni" su adlandırılan yeraltı sularından da meydana gələ bilir.

Luijendijk suyun yaşını necə təyin isə belə açıqlayır: "Suyun yaşını müəyyən etmək üçün hidrogenin radioaktiv izotopu olan tritiumdan istifadə edirik. Tritium yer üzündə keçirilən nüvə silahının partlayışları ilə ətrafa yayıldı. Bu şəkildə yeraltı suyunun yeni meydana gəlib gəlmədiyini müəyyən edə bilərlər. Əgər içində tritium qalırsa, suyun 50 ildən daha yeni olduğunu müəyyən edirik”.

Şərhlər

Çox oxunanlar