"Türkiyə Rusiyanın təbii müttəfiqidir, hər məsələdə razılaşa bilər" - Məşhur Rusiyalı ekspert
19.11.2015 12:16 A-reaksiya 2756
"Bizim türklərlə 1914-cü ildən Rus-Türk müharibəsindən bəri ciddi problemimiz olmayıb. Türkiyə ilə hər mövzuda anlaşa biləcəyimizi düşünürəm. Türkiyə Rusiyanın təbii müttəfiqidir". Bu fikirləri məşhur rusiyalı jurnalist, Yaxın Şərq mütəxəssisi və Kremlin QHT Şurasının üzvü Maksim Şevçenko bildirib.
Reaksiya.az xəbər verir ki, Rusiyanın RSN radiosuna açıqlama verən Şevçenko bildirib ki, Türkiyə və Rusiya regional güclərdir: “Türkiyə, Kiçik Asiya və Yaxın Şərqin ən güclü və tək demokratik ölkəsidir. Moskva-Tehran-Ankara üçbucağı, maraqlarının üst-üstə düşməsi baxımından kilid əhəmiyyət daşıyır. Türkiyə və Rusiyanın iqtisadi əməkdaşlıq heç vaxt dondurulmadığı kimi, inkişafı hər zaman davam etdirilir".
Türk Akımı mövzusuna da toxunan ekspert qeyd edib ki, “Türk axını”nda Türkiyə son alıcı ölkə yox, tranzit ölkədir: “Buna görə də Türkiyənin bu məsələ ilə bağlı Avropaya çox bağlıdır. Rus qazını almağı çox istəyir, ancaq atası pis uşaqlarla oynamasına icazə vermir. ABŞ, Bolqarıstandakı kuklalarına təzyiq edir".
Şərhlər