Vatikan Krım ilə bağlı nə düşünür?
19.11.2015 13:45 A-reaksiya 2682
Keçən həftə Katolik kilsəsinin keşişi Krımın rus rəhbərliyi nümayəndələri ilə görüşüb. Vatikan radiosunun müdiri Federiko Lombardi Vatikanın Krıma bağlı yanaşmasını dəyişdirmədiyini və beynəlxalq cəmiyyəti ilə həmfikir qaldığını açıqlayıb.
Reaksiya.az xəbər verir ki, keçən həftə “Vatikan Radio”sunun rus versiyasında, Ukrayna katolik kilsəsinə aid olan və Sevastopolde çalışan Yatsek keşişinin ilhaq olunan Krımda rus rəhbərliyi nümayəndələri ilə bir araya gəldiyinə dair məlumat qeyd olunub.
“Vatikan Radiosu” katolik keşişinin Krımın rus rəhbərliyinə Katolik kilsəsinə və icmasına etdiyi dəstəyə görə təşəkkür etdiyini bildirib.
Bu açıqlamadan sonra Ukraynada Vatikanın Krımın ilhaqını tanıyıb tanımadığına dair şübhələr meydana gəlib.
Mövzu ilə əlaqədar şərh edən “Vatikan Radiosu”nun direktoru Federiko Lombardi katolik kilsəsi nümayəndəsinin Krım Rus rəhbərliyi ilə keçirdiyi görüşmə əsnasında katolik kilsəsinin “siyasi və ya torpaq özəlliyi daşıyan yanaşması”nı nümayiş etdirmədiyini qeyd edib.
Lombardi qeyd edib ki, kilsə icmanın harada olmasından asılı olmayaraq, onun dini ehtiyacları ilə maraqlanır: “Bu məsələ inzibati və texniki məsələlərin həllini də nəzərdə tutur. Ancaq bu problemlər, siyasi və ya torpaq münaqişəsi formatında yanaşmanın düzgün olmadığını göstərir".
Şərhlər