Rusiyanın müxalif siyahısında kimlər var?
19.11.2015 16:56 A-reaksiya 3258
Rusiya keçən həftə Suriya ilə əlaqədar bir müxalif siyahısı hazırlayıb və bu siyahıda qeyd olunan adlarla danışıqlara başlayıb. Siyahı geniş bir dairəni əhatə edir.
Dünyanın bir nömrəli gündəm maddəsi Suriya böhranı və böhranın həlli üçün ortaya qoyulan həll variantlarıdır. Parisdəki son hücumlardan sonra İŞİD ilə (və eyni zamanda digər terror təşkilatları ilə) döyüşlər daha da intensivləşəcək kimi görünür.
İŞİD (və digər terrorçular) Suriyada problemin yalnız bir hissəsidir. Bu problemin mənbəyi isə Suriya böhranında tərəf olan dövlətlərin Əsədin gələcəyi ilə ortaq məxrəcə gələ bilməmələridir.
Bu günə kimi beynəlxalq cəmiyyətdə Əsəd məsələsində konsensus təmin olunsaydı, bu gün yaşanan nüfuz boşluğu və xaos mühitindən doğan İŞİD kimi təşkilatların ehtimalla bu qədər böyüməsi və prosesin daha az ziyanla ötüşülməsi təmin edilə bilərdi.
Hazırda Suriya böhranında tərəflər iki əsas qrup ətrafında birləşiblər:
1)Hazırki Suriya rəhbərliyi, Rusiya, İran, Çin kimi dövlətlər və Hizbullah
2) ABŞ, Fransa, İngiltərə, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər kimi dövlətlər və dəstəklədikləri təşkilat ya da müxalif qruplaşmalar.
Bu ölkələr Suriya böhranına iki şəkildə müdaxilə edirlər:
1) müəyyən mənada hərbi dəstək
2) Beynəlxalq platformalarda və Suriya daxilində siyasi dəstək.
Bu müdaxilə çərçivəsində bu günə kimi bəzi təşkilatlara silah, pul, işçi dəstəyi verildi və ya siyasi sahədə müxtəlif toplantılar təşkil edildi; Hizbullahın regionda olması ya da Rusiyanın sonuncu dəfə etdiyi kimi rəhbərliyə hərbi dəstək verilərək böhrandan çıxış yolu axtarıldı.
Ancaq problemi ən başdan düyünə salan Əsədin gələcəyi və müxaliflərin rəhbərlikdəki rolunun nə olacağı məsələlərində irəliləyiş hələ ki, təmin edilməyib.
Tərəflərin (blokların) yanaşmasında iki əsas tezis ortaya çıxıb: Qərb bloku Əsədin hakimiyyəti itirdiyini və gələcəkdə Suriyada yerinin olmadığını müdafiə edir. Rusiyanın başında dayandığı blok isə Əsədin qanuni olduğunu və gələcəyinə ancaq Suriya xalqının qərar verə biləcəyini müdafiə edir.
Rusiya ötən həftə bir müxalif siyahısı hazırladı və bu siyahıda yer alan adlar ilə danışıqlara başladı. Məqsəd Moskva iclaslarında olduğu kimi müxalifləri bir araya gətirmək və rəhbərliyə ortaq olmalarını təmin etmək məqsədi ilə orta bir yolu tapa bilməkdir. Rusiya beləcə beynəlxalq aləmdə rəhbərliyi qanuniləşdirdiklərinə və Suriyada mövcud nizamın (islahat aparmaq şərti ilə) davamını qarşısına məqsəd kimi qoyur.
Rusiyanın hazırladığı siyahı olduqca genişdir. Adlardan önə çıxanları isə aşağıdakı kimi sıralamaq olar:
Əhməd Əl Carba:
Milli koalisiyanın keşmiş liderlərindəan Əhməd Əl Carba Şimr tayfasının liderlərindəndir. Əl Carba siyasi görüşləri və fəaliyyətlərinə görə həbs olunub. 2013 – 2014 – cü illərdə Suriya Milli Koalisiyasının rəhbərliyinə gətirilib. Səudiyyə Ərəbistanına olduqca yaxındır.
Əhməd Muaz Əl Natiq:
Milli Koalisiya keçmiş liderlərindən olan Əhməd Muaz Əl Natiq Əməvi məscidinin keçmiş vaizlərindəndir. Hadisələr başlayanda açıqlama verib Əsədin əleyhinə fəaliyyətə başlayıb. 2011 – ci ildə və daha sonar bir neçə dəfə həbs olunub və azad olunub. Daha sonra xaricə gedib.
Hadi əl Bahra:
İyul 2014-cü ildə Milli Koalisiya başçılığına seçildi. Yanvar 2015-ci ildə edilən seçki ilə vəzifəsini Xalid Müəllimə təhvil verdi.
Xalid Müəllim:
Milli Koalisiya Başçısı Xalid Müəllim Türkiyədə tibb oxudu. Suriyada olduğu illərdə iki dəfə nəzarətə alınan müəllim 2011-ci ildə başlayan üsyan sonrası xarici müxalifətin aktiv nümayəndələrindən oldu. Müəllim Yanvar 2015-ci ildə edilən seçki ilə Milli Koalisiya başçılığına gətirildi.
Məhəmməd Faruk Tayfur:
Məhəmməd Faruk Tayfur Müsəlman Qardaşlar təşkilatının Suriya təşkilatının sədrinin müavinidir. 2012-ci ildə Milli Şura baş katibliyinə gətirilmişdi.
Məhəmməd Habas:
Müsəlman Qardaşlar təşkilatı nümayəndəsi və köhnə millət vəkili olan Məhəmməd Habas eyni zamanda Suriyadakı Müsəlman Qardaşlar qadın hərəkatının da rəhbəri idi. Habas hadisələr başladıqdan sonra xaricə gedib.
Həsən Əbdülazim:
Əbdülazim Milli Koordinasiya Komitəsinin lideridir. Keçmişdə dəfələrlə həbs olunan Nasirçi Abdülazim, mübarizəsini Suriya içində davam etdirir.
Buraya kimi sadaladığımız bu müxalif adlarla yanaşı siyahıda bəzi qəbilələrdən və Süryanilərdən, xristianlardan da bəzi adlar var.
Müxaliflər arasındakı problemlərin aradan qaldırılması və müxaliflər ilə rəhbərliyin müvəqqəti hökumət, yeni konstitusiya, şəffaf seçkilər və bu mərhələlərdən sonra terrorist kimi qəbul olunan və qəbul olunacaq silahlı qruplara qarşı ortaq mübarizə (həm daxildə, həm də xaricdə) kimi mövzularda razılaşma əldə edilərsə, həll variant tapılacaq. Ancaq bu, yuxarıda qeyd etməyə çalışdığımız kimi həll edilməsi çox çətin olan bir dizi məqamlardan keçən bir prosesdir.
Şərhlər