“Hərbi yox, siyasi həll variantı” - Alman xarici siyasət eksperti
19.11.2015 17:15 A-reaksiya 2979
Fransa Aİ-dən yardım istəyib. Ancaq Almaniya hökuməti içində terrorla mübarizə məsələsində fərqli düşünənlər var. Sosial Demokratların xarici siyasət üzrə eksperti Rolf Mützenichin fikrincə hərbi tədbirlər tək başına həll variantı deyil.
Avropa İttifaqı ölkələri Parisdəki hücumlardan sonra İŞİD ilə necə mübarizə aparacaqlarını müzakirə edirlər. Ən çox narahatlıq keçirən ölkələrin başında isə şübhəsiz Almaniya gəlir. Hücum qorxusu üzündən Hollandiya ilə keçiriləcək milli matçın ləğv edildiyi Almaniyada təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Fransa da Aİ tarixində ilk dəfə Aİ Konvensiyanın 42 - ci maddəsinin 7 - ci bəndinə əsaslanaraq İttifaqdakı ortaqlarından kömək istəyib. Qeyd edək ki, Konvensiya "Bir üzv dövlətin suverenliyinə silahlı hücumların təşkil edilməsi zamanı digər bütün üzv dövlətlərin əllərindəki bütün imkanlardan istifadə edərək kömək və dəstək olmalarını" nəzərdə tutur.
Fransanın tələbi ilə əlaqədar olaraq məsləhətləşmələrin davam etdiyini ifadə edən Sosial Demokrat Partiyanın xarici və müdafiə siyasəti üzrə eksperti Rolf Mützenich əməkdaşlığın inkişaf etdirilməsinə dair bunları söyləyib:
"Fransa dəstək axtarışındadır. Fransanın yükünü yüngülləşdirmək üçün digər ölkələrin nələr edə biləcəyi mövzusunda məlumat mübadiləsinin vacib olduğuna inanıram. Siyasi baxımdan da nələr edilə biləcəyi mövzusunda məsləhətləşmələr vacib lazımdır. Bu hücum tamamilə xaricdən həyata keçirilməyib. Fransa və Belçika vətəndaşlarının da barmağı olduğu açıq-aşkardır. Buna görə də tək başına qərar vermək çətindir".
Təhlükə Almaniya üçün yeni deyil
Fransa Almaniyadan daha konkret bir yardım istəsə və hava hücumları üçün kömək istəsə nələr olacaq? – sualına isə ekspert dəqiq bir cavab verə bilməyəcəyini yazıb. Terror təhlükəsinin Almaniya üçün də yeni olmadığını ifadə edən Mützenich 11 sentyabrdan bəri belə bir narahatlığın yaşandığını ifadə edir. Mützenich polis təşkilatları arasındakı əməkdaşlığın əhəmiyyət daşıdığını və bu hücumların arxasındaki şəxslərin ortaya çıxarılmalı olduğunu da sözlərinə əlavə edir.
Şərhlər