Avropanın kimlik böhranı
20.11.2015 13:04 A-reaksiya 2677
Avropa bir şəxsiyyət böhranının, "o biri" qorxusunun, yəni müsəlman immiqrantlara və Suriyalı qaçqın selinə görə zirvə nöqtəsinə çatan bir kimlik böhranın tən ortasındadır.
Avropadakı əksər ölkələr üçün, bu "o biri" meyli İslam tərəfindən demoqrafik və mədəni olaraq başlarına bir bəla olması qorxusundan qaynaqlanır. Əhalisi azalmaqda olan bu ölkələr müsəlmanların onların öz vətəndaşlarından daha çox olacağını və Qərb dəyərlərinin təhrif edəcəklərini düşünürlər.
Bu qorxu Avropanın geriləməsi və Avropada özünəinamın itməsi ilə bağlı daha böyük problemləri də ehtiva edir. Bu problem həm də elə bir problemdir ki, impariya dövrü Avropasının sivil özünəinamı və qüruru ilə tamamilə ziddiyyət təşkil edir. Avropada həyat standartı hazırda çox geriləyib. Avropa Komissiyasının hesablamalarına görə 2023 – cü ilə kimi Avropada həyat standartı Amerikadakının ancaq 60% - a çata biləcək. Qaldı ki, Avropa hazırda həm yunan iqtisadi böhranı ilə mübarizə aparır həm də Vladimir Putinin Rusiyası ilə münaqişədədir.
Ancaq qaçqın böhranı daha konkret bir təhdiddir, çünki Avropa ölkələrini şəhərindən qəsəbəsinə kimi hər tərəfini öz təsiri altında saxlayır. Yunanıstan və Ukraynadakı böhranların əksinə, qaçqınlar daha göz önündə və etnik əsaslı kimliklərə görə formalaşmış olduqlarından Avropa ölkələri üçün birbaşa bir problem təşkil edirlər.
Bu ani miqrant seli iqtisadi böyümədəki qızıl dövrlərin keçmişdə qaldığını, qloballaşmanın Avropadakı zənginliyin və rifah dövləti anlayışının altını üstünə çevirdiyi bir zamanda ortaya çıxıb. Din və Kilsə bir zamanlar olduğu kimi artıq bir dayaq nöqtəsi sayılmır. Avropa İttifaqı və onun Brüsseldəki teknokrat bürokratiyası milli diktədən kənarmış kimi görünsə də, bütün üzv dövlətlərə bir qaçqın kvotası yükləmək
məcburiyyətindədir.
Walter Laqueur və ya alman Thilo Sarrazin kimi yazarlar populist sağ partiyalarla həmfikir olduqlarını mədəni qorxu fikrinə əsaslanaraq vurğulayırlar. Yəni, müsəlman miqrantlar gələcək və yaşlanan Avropa cəmiyyətlərini yox edəcək qorxusu ilə yaşayırlar ...
Macarıstan, Polşa, Slovakiya və Çex Respublikası kimi Orta Avropa ölkələrinin xristianlardan başqa qaçqınları qəbul etməklə bağlı istəksiz davranmaları, hətta açıq – aşkar rədd etmələri qorxunun gəlib çatdığı pik həddi göstərir. Yenə də bu sonuncu miqrant dalğası "o birilərin" Avropaya dolmasında yeni bir mərhələdir ancaq.
Eduard Səid 1978-ci ildə Avropalı imperialist qüvvələrin məqsədli şəkildə Qərbin qarşısına o sirrli və məsum Şərqi yerləşdirdiklərini, beləcə uygarlaştırma vəzifələrinin bir hissəsi olan müstəmləkə hakimiyyətlərini qanuniiləşdiklərini, bir növ "Ağ Adamın yükü"nü çiyinlərinə götürdüklərini söyləmişdi.
Qaçqın böhranının başlamasından əvvəl belə keçmiş müstəmləkəçi imperatorluqlar, xüsusilə Britaniya və Fransa, köçlərlə bağlı çiyinlərindəki bu mədəniləşdirmə vəzifəsini öz ölkələrinə doğru aparmışdılar. Avropadakı müsəlman əhali 1990-cı ildə 30 milyonken 2010-cu ildə 44 milyona kimi yüksəldi. 2030 – cu ilə kimi müsəlmanların Avropa əhalisinin təxminən 8% -ni təşkil edəcəyi bildirilir.
Avropa ölkələri özlərini, qismən dünyəvi quruluşlarına görə, qaçqınların ölkələrindən daha inkişaf etmiş kimi görürlər. Qadın hüquqları və insan azadlıqlarında İslam ölkələrindən daha irəlidə olduqları iddiasındadırlar. Qərbdə yaşayan müsəlman azlıqlardan Qərb mədəniyyətinə inteqrasiya olmaları və onun "sivil" dəyərlərini qəbul etmələri gözlənilir. Halbuki bir çox Qərb məmləkətində, fərdiyyətçilik dinlə artıq yer dəyişdirib.
Bu gün müsəlman qaçqınlar Avropaya axın etməyə davam edir. Böyük əksəriyyəti Suriyadakı müharibədən xilas olduqları üçün hallarından çox məmnundur. Amma bu xoşbəxtlikləri nə qədər davam edəcək? Onları himayə edən, amma hələ də “ o biri” kimi baxan cəmiyyətlərdə özləri nə zaman “o biri” olmağa başlayacaqlar?
Avropalıların "o biri" ilə olan əlaqələrini yenidən təyin etmələri üçün əvvəl özlərini yenidən təyin etmələri lazım gələcək.
Şərhlər