Ermənistanda “enerji savaşı”nı hansı qüvvələr aparır? - Analiz

24.06.2015 04:54     A-reaksiya     3968

Son günlər Ermənistanda baş verən  kütləvi etiraz aksiyalarının səbəbi olaraq, əhalinin hökümətin bütün enerji tariflərini 7 dram, yəni iki qəpik bahalaşmasına reaksiyası olaraq göstərilir. Lakin aksiyaların və onlara qədərki proseslərin təhlili incələndiyi zaman, bunun yalnız tarif artımına qarşı etiraz olmadığını görürük.
İlk etiraz dalğasi keçən həftənin axırlarından Yerevanın mərkəzindəki Azadliq Meydanında başladı. 4 minə yaxın etirazçı hökümətin bahalaşma ilə bağlı qərarının ləğvini tələb etməyə başladı. lakın həftənin ilk günündən etibarən hadisələr daha sərt müstəviyə keçdi. Etirazçılar hökümət binalarının və prezident igamətgahının yerləşdiyi Baqramyan prospektini bağlayaraq burada oturaq aksiya keçirməyə başladılar. President Sərqsyan etirazçıların öz aralarında seçdiyi 4-5 nəfərlik nümayəndə heyəti ilə görüşü qəbul etməyinə, bunun əvəzində isə Baqramyan prospektini boşaldılmasının tələb etməsinə baxmayaraq, etirazçılar bu təklifi qəbul etməyərək sona qədər mübarizə aparacaqlarıını bildirdilər. Nəhayət keçən gecə təhlükəsizlik qüvvələri su vuran maşınların köməyi ilə prospekti etirazçılardan təmizlədilər. İğtişaş nəticəsində 230 nəfər saxlanılıb, onlarla insan yaralanıb.
Bu hadisələri Ermənistanda rəngli inqlabın və ya belə demək mümkündürsə,  “Maydan”  məşqlərinin növbəti mərhələsi olaraq adlandırmaq olar.
İlk belə “məşğələ” bu il yanvarin 12-də  Gümrü şəhərində 102 saylı Rusiya hərbi hissəsinin əsgəri Valeriy Permyakovun şübhəli bilindiyi və bir ailənin yeddi üzvünün qətli ilə nəticələnən cinayətdən sonra şəhərdəki kütləvi iğtişaşları göstərmək olar. Təbii ki, çox ağır faciə yaşanmışdı. Amma müəyyən qüvvələr sanki buna hazır idi. O vaxtı vəziyyəti sabitləşdirmək mümkün oldu. Fevral ayında isə narıncı inqilabların “xaç anası” ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Ermənistana səfərini yaddan çıxartmaq olmaz. Ukraynadaki “Maydan” hadisələrində birbaşa iştirakını gizlətməyərək etirazçılara peçenye  paylayan Nuland, o zaman Ermənistanda  qərb fondlarının maliyyələşdirdiyi erməni QHT təmsilçilərinin nümayəndələri ilə bağlı qapılar arxasında görüş keçirmişdi. Artıq o zaman, təhlilçilər bu görüşün nəticəsiz qalmayacağını, Qərbin xaos və qarışıqlıq planlarının növbəti qurbanı olaraq  Ermənistani göstərirdilər. Məsələn, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan kommandasının üzvü Pol Kreyq Roberts bu planları açıq şəkildə bəyan edərək belə demişdi: “Bizdə (yəni ABŞ-da) keçən il Ukraynadakı  dövlət çevrilişinin eynisinin Ermənistanda həyata keçirilməsi planlaşdırılır. Bu, Vaşinqtona keçmiş SSRİ-nin tərkibində olan daha bir ölkə ərazisində hərbi baza qurmaq imkani verəcək”. Kreyqin  sözlərinə görə, “Viktoriya Nulandın Ermənistana səfərinin məqsədi, siyasətçilərin rüşvət ilə əldə edilməsi, QHT-lərin maliyyəşdirilməsi  və insanlarin küçələrə çixarılması nəticəsində Ermənistanda dövlət çevrilişinə zəmin hazırlamaqdır”.
Məsələ ondadır ki Serj Sərqsyan və onun yaxın ətrafı Ermənistanda iqtisadiyyatın bütün sahələrinə total şəkildə nəzarət edirlər. Bəli, müasir dünyada oliqarxiyanın təsirli olmadığı heç bir ölkə yoxdur, amma Ermənistanda ailə oliqarxiya rejimi bütün sərhədləri aşaraq, ölkəni kriminal tərzdə birbaşa qarət edir. Ona görə də Baqramyan prospektindəki etirazçıların “Rədd olsun banda!” çağırışı etməsi çox məntiqlidir. Lakin məntiqli olmayan və kifayət qədər düşündürücü olan bu şüarın ermənicə deyil, ukrayna dilində “bandu get” olaraq səslənməsidir. Son etiraz aksiyaları ilə klassik maydan lahiyəsinini oxşar tərəfləri kifayət qədərdir. hələ Azadlıq meydanında  aramsız etiraz aksiyaları zamanı oraya səhra mətbəxlərnin gətirilməsi, enerji tariflərinin artmasına qarşı olan aksiyalarda Ermənistan bayraqlari ilə barəbər hardansa Avropa İttifaqının bayrağının peyda olması, aksiya iştirakçılarının xarakterik davranış və əl hərəkətləri bu hadisələrin heç də kor təbii olmadığını göstərir.
Bir başqa maraqlı cəhət isə etiraz aksiyalarına ənənəvi Ermənistan müxalifət düşərgəsinə aid olan siyasi partiyalarının rəhbərlik etməməsidir. İlin əvvəlində yaşanan Gümrü hadisələri və son həftə yaşanan hadisələr Ermənistanda qərb fondları tərəfindən maliyyələşdirilən QHT-lərin siyasi səhnənin aktiv oyunçuları olaraq ortaya çıxdığını göstərir.
Təbii ki, bundan sonra müxalif partiyaların bu etiraz dalğasından istifadə edəckləri şübhəsizdir və bu normaldır.
Bir digər faktor olaraq isə bu etiraz dalğasının  arxasında Ermənistanın rəsmi dairələrinin və Serj Sərqsyanın kommandasının durabilməsi ehtimalıdır. Məsələ burasındadır ki, son vaxtlar Ermənistanin bölgədəki ən böyük hamisi olan Rusiya ilə Azərbaycanın arasında yaxınlaşma hiss olunur. Rusiya daimi olaraq ehtiyac içində olan, hər şeyi ilə Rusiyadan asılı olmasına baxmayaraq hər an ona xəyanət edərək Qərbin ağuşuna atılma ehtımalı olan Ermənistana hamilik etməkdənsə, Azərbaycanla möhkəm əsaslara dayanan ikitərəfli əməkdaşlığın inkişafına daha çox önəm verir ki, bu da rəsmi Yerevanı və onun rəhbərliyini  qıcıqlandırmaya və qorxuya salmaya bilməz. Buna görə də ölkədəki anti – Rusiya meyllərinin artmasını və bunun nəticəsində  Moskvanın Erməinstanda nəzərat etdiyi enejrinin sektorunun onun əlindən çıxabilməsi ilə Rusiyanı şantaj etməsi ehtimali da var. Lakin belə bir riskli oyun Sərqsyanın özü üçün çox pis qurtara bilər.
Avromaydan hadisələri də başlayanda Ukraynanın  o zamankı prezidenti Yanukoviç bu prossesləri dəstəkləyib rusiyani şantaj edərək  daha çox dividentlər əldə etmək istəyirdi. Sərqsyan Yanukoviçin aqibətini heç də unutmamalıdır.
Yazının əvvəlində də deyildiyi kimi Baqramyan prospektində baş vərənlər Ermənistanın gələcək siyasi həyatında yaşanacaq çox önəmli prosselərin ilk mərhələsidir. Ölkə rəhbərliyi bu proseslərdən özünü necə qoruyacaq? Təxmin etmək çətindir. Lakin əminliklə demək olar ki, Yerevanda “Maydan”ın baş verməsi həm Ermənistana, həm də bölgəyə yaxşı heç nə vəd etmir. Ermənistanda qərb yönümlü siyasi qüvvələrin istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı çox çox daha mənfi və neqativ mövqe nümayiş etdirmələri və indiki hakimiyyətdən daha mənfur düşmən olmalarını yaddan çıxartmaq olmaz.
 
Fuad Hilalov

Şərhlər