Qərbin Rusiyanı təcrid etmə səyi nəticə vermir - EKSPERT RƏYİ

24.06.2015 09:23     A-reaksiya     2709

Rusiya üzrə ekspert Kərim Has, Qərb şirkətlərin Sankt Peterburq Beynəlxalq İqtisadiyyat Forumundaki yüksək artıma diqqət çəkərək, Aİ-nin və ABŞ-ın Rusiyanı diplomatik və iqtisadi sahədə təcrid siyasətinin uğur qazanmadığının vurğulayıb.

18-21 iyunda təşkil edilən Sankt Peterburq Beynəlxalq İqtisadiyyat Forumu (SPIEF) bu il rekord bir iştirakla sona çatıb. Məbləği 5.4 milyard dollar civarında olan 200-dən çox razılaşmanın imzalandığı SPIEF - də 120 ölkədən nümayəndə iştirak edib. SPIF – də iştirak edən avropalı şirkətlər arasında “BP”, “Royal Dutch Shell” və “Total” kimi neft nəhəngləri də var idi. Alman “E.ON”, avstriyalı “OMV” və ingilis “Shell” şirkətləri, Rusiyanın enerji nəhəngi “Qazprom” ilə Şimal axını qaz boru xəttinin uzadılması ilə  razılaşma imzalatyıb. Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının (USAK) Rusiya mütəxəssisi Kərim Has forum çərçivəsində iqtisadi prosesləri Reaksiya.az üçün açıqlayıb.

 

Forumda iştirakda ciddi artış var

 

Keçən ilki Foruma iştirak səviyyəsinin kifayət qədər yüksək olmadığını xatırladan Has bu il həm şirkətlər, həm də ölkə sayında ciddi bir artış olduğunu söyləyib. Kərim Has Forumdakı yüksək səviyyəli iştirakına işarə edərək, Aİ-nin və ABŞ-ın Rusiyanı diplomatik və iqtisadi sahədə təcrid etmə siyasətinin uğur qazanmadığının vurğulayıb.

Qərb şirkətləri Rusiya ilə əməkdaşlığı davam etdirir

Avropa İttifaqı xarici işlər nazirləri, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların müddətini altı ay daha uzadıb. Forumda iştirak edən Qərb şirkətləri və banklarla əldə olunan razılaşmalara diqqət çəkən Hasın fikrincə, Aİ ölkələrindəki böyük firmalar Rusiya ilə işlərini bir şəkildə davam etdirmək istəyirlər".

Şərhlər