İqtisadçı - ekspert: "Krıma nəzarət edən ölkə bütün Qaradənizə nəzarət edəcək"...

24.06.2015 12:37     A-reaksiya     2440

Türkiyənin CRM Konsaltinq Şirkətinin direktoru Volkan Nurettin Korkmaz Krımın geosiyasi və iqtisadi əhəmiyyətinə diqqət çəkərək, Krıma nəzarət edən ölkənin bütün Qaradənizə nəzarət edə biləcəyini söyləyib.

Ukrayna böhranının başlamasından sonra Krım 21 mart 2014-cü il tarixində Rusiyaya ilhaq olunub. Digər tərəfdən Şərqi Ukraynada Minsk müqaviləsi ilə atəşkəs qərarının alınmasına baxmayaraq bölgədə qarşıdurmalar davam edir və bu, Rusiya ilə Qərb arasındakı əlaqələrdə də gərginliyə səbəb olur.

Krımda son 1 ildə yaşanan prosesləri və bunların siyasi balanslaşma üzərindəki təsirini CRM Konsaltinq Şirkətinin direktoru Volkan Nurettin Korkmaz ilə müzakirə etdik.

 

-Krımın Rusiyaya ilhaqı sizcə Rusiya və Türkiyə ilə, eyni zamanda Qaradəniz ölkələri arasında necə bir təsir yarada bilər?

-Qaradənizdə hamımızın ortaq maraqları var. Rusiya və Türkiyə, Qara dənizin təhlükəsizliyi və sabitliyi üçün çox yaxşı işlər görüb. Krımın Rusiyaya ilhaqının regiona belə bir təsiri var: Krıma nəzarət edən ölkə, bütün Qaradənizə nəzarət edəcək. Krımın geosiyasi və iqtisadi vəziyyəti, hava və dəniz əməliyyatları baxımından bir dərinlik qazandırır. Krımın Rusiya torpaqlarına daxil olması, Rusiyaya avtomatik olaraq Qaradənizə nəzarət etmə, təsir altına alma imkanını verir.

-Krımın vəziyyətinə görə Qərb və Rusiya arasında bir qütbləşmə var. Sizcə, Krımın vəziyyəti, Rusiya və Qərb əməkdaşlığına necə təsir edəcək?

-Bu bir təsir-əks təsir prinsipidir. Qərb özünü rus təhdidi altında hiss etməyə başlayıb. Tədirginlik yaradan məsələ, xüsusilə Ukraynanın şərqindəki pöroseslərdən qaynaqlanır. Rusiya və NATO arasında bir gərginliyin yaranması, iqtisadi baxımdan, həm Rusiya, həm Avropaya ziyan vurur. Layihələrin inkişaf etdirilməsi dayanır, hətta turizm sektoruna çox böyük zərbə dəyir.

-Türkiyənin Krımdakı proseslərə uyğun iqtisadi strategiyası varmı?

-Kırımla iqtisadi münasibətlərimizin həcmi çox azdır. Bu həcmi artırmaq üçün turizm investisiyaları qoyulmalıdır. Ciddi bir şəkildə Krımdakı otel satışı, sərmayəçi axtarılması məsələsində saəlahiyyət əldə etməklə, Qaradəniz turizm sektorunda Krımın turistik mərkəz halına gətirilməsi yönündə işlər görülür. Dövlət strategiyasının turizmə yönəlməsi üçün, həmçinin bir siyasət ortaya qoyulması məqsədi ilə fikirlərin yeridilməsi ilə bağlı konqres keçirmək planları var. Putin və Ərdoğan da şəxsən bu əməkdaşlığa dəstək verir.

-ABŞ-ın ən böyük qorxusu, Rusiya və Türkiyənin ittifaq yaradaraq böyük bir güc halına gəlməsidir. Siz Türkiyə və Rusiya əlaqələri barəsində nə düşünürsünüz?

-ABŞ-ın da, Aİ-nin də ən çox qorxduğu, onların gözündə qala olan ölkə hazırda Türkiyədir. Çünki Türkiyə elə bir mövqeyə sahib bir ölkədir ki, hansı tərəfdə yer almasından asılı olmayaraq tarazlıqları dəyişdirə bilər. Hal-hazırda Rusiyanın dövlət başçısı Putin və Türkiyənin prezidenti Ərdoğan arasındakı yaxınlaşma strateji baxımdan əməkdaşlığa gedilməsi, mənfi kampaniyaların ən böyük səbəbidir. Bu arada dövlətlərin siyasəti həm də xalqları birləşdirir. Ona görə də Türkiyədən gedib Rusiyada iş quracaq investorların, ya da oradan Türkiyəyə gələrək iş quracaq şəxslərin, ticarətlə məşğul olmasını nə qədər asanlaşdılrsaq, bu ittifaq daha da inkişaf edəcək. Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi daha funksional, məhsuldar və təyin edici istiqamətli ortaq layihələr, siyasətlər, strategiyalar çıxara bilər. Bu yöndə ciddi addımlar atılmalıdır.

Şərhlər