Dövlət Kukla Teatrında premyera
24.06.2015 14:22 Artreaksiya 2567
“Çəkməli pişik” yeni obrazlarla səhnəyə gəlir
İyunun 26-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında balacaların sevimli nağıl qəhrəmanı “Çəkməli pişik” tamaşasının premyerası olacaq.
Fransız şairi Şarl Perronun dünya uşaq ədəbiyyatının ən məşhur nümunələrindən olan bu əsərinə yeni səhnə həyatını teatrın rejissoru Anar Məmmədov verib.
Tamaşaya yeni obrazlar və mətnlər də əlavə edən rejissor əsəri müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etməyə çalışıb.
Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid olunduğu birhissəli tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur. Rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları ifa edir.
Şərhlər