Rəşid Behbudovun heykəli qoyulacaq - Bakıda
14.12.2015 13:33 Artreaksiya 2564

Bakıda Rəşid Behbudovun heykəli ucaldılacaq.
Reaksiya.az xəbər verir ki, bu barədə R.Behbudovun 100 illik yubileyi ilə bağlı Fəxri xiyabanda keçirilən anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib.
Nazir müavini deyib ki, heykəl Bakının ən gözəl yerlərindən birində ucaldılacaq: “Əsər 2016-cı ildə qoyulacaq”.
Heykəli heykəltəraş Fuad Salayev hazırlayacaq.
Şərhlər