Zəlimxan Yaqubun səhhəti ilə bağlı son məlumat

17.12.2015 11:05     Artreaksiya     2436

Xalq şairi Zəlimxan Yaqubun müalicəsi ev şəraitində davam etdirilir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, şair dünən xəstəxanaya müayinə üçün aparılıb: “Zəlimxan Yaqub həkim nəzarəti altındadır, vaxtaşırı müayinədən keçir. Dünən bir saatlıq növbəti dəfə müayinəyə aparılıb. Hazırda evdədir, müalicələri davam etdirilir”.

Ailəsindən əlavə ediblər ki, Z. Yaqubun növbəti dəfə müalicə üçün Almaniyaya aparılmağı hələlik planlaşdırılmır. 

 

Şərhlər