Xalq artisti xəstəxanadan bu gün evə buraxılacaq

18.12.2015 12:45     Artreaksiya     2171

Xalq artisti İlhamə Quliyeva bu gün Mərkəzi Neftçilər xəstəxanasından evə buraxılacaq.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hazırda özünü yaxşı hiss edir: “Səhhətimdə olan bütün problemlər aradan qaldırılıb. Artıq ayaq üstəyəm, bu gün xəstəxanadan çıxacağam. Mənə göstərdikləri diqqətə görə xəstəxananın bütün həkim heyətinə, rəhbərliyinə təşəkkür edirəm”.

İ.Quliyeva əlavə edib ki, evdə həkim nəzarətində olacaq: “Yəqin ki, dərmanlar, həblər qəbul edəcəyəm. Həkim nəzarətinin olması vacibdir. Əsas odur, təhlükə tamam sovuşub”. 

Şərhlər