Azərbaycan filmi beynəlxalq festivalda mükafat qazandı

19.12.2015 08:31     Artreaksiya     1959

Gənc rejissor Şəlalə Hüseynova Qarabağdan bəhs edən “Səhər” filminə görə “Jüri Özel Ödülü” mükafatına layiq görülüb.
 
Dekabrın 17-də İstanbulda keçirilən "3. BAK SETEM Akademi Ödülleri"nin mükafatları təqdim edilib. 
 
Ənənəvi olaraq “Sinema ve Televizyon Eseri Sahipleri Meslek Birliği”(SETEM) və “SETEM Akademi Derneği” tərəfindən təşkil edilən festivalda  həmçinin bu il ilk dəfə olaraq beynəlxalq "Avrasya Kısa Film Yarışması” da təşkil edilib.  Türkiyə, Çin, İran, o cümlədən Azərbaycanın da qatıldığı bu festivalda  44 qısa film təqdim olunub. 
 
Festivalın nəticələrinə görə, azərbyacanlı gənc rejissor Şəlalə Hüseynova Qarabağdan bəhs edən “Səhər” filminə görə “Jüri Özel Ödülü” mükafatına layiq görülüb. Festivalın ən yaxşı film mükafatını isə Çin Xalq Respublikasından qatılan “Ataya sayğı” filmi qazanıb.
Qeyd edək ki, "Avrasya Kısa Film Yarışması”nın jüri üzvü olaraq  Hüsaməttin Ünlüoğlu, Mehmet Gülərüz, Reza Siami iştirak edib.
 
Onu da əlavə edək ki, "3. BAK SETEM Akademi Ödülleri"adlı festivalda "Belgesel", "Animasyon", “Kurmaca” kateqoriyaları üzrə ən yaxşı film, ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı görünütü və digər  mükafatlar təqdim olunub.

Şərhlər