«Eşqin tikan dairəsi» Türkiyədə təqdim olundu - Uğur - FOTOLAR
27.05.2015 17:48 Artreaksiya 1166
Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yaradıcı kollektivi şair-dramaturq İftixarın “Eşqin tikan dairəsi” adlı əsərinin tamaşası ilə Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində “31-ci Beynəlxalq Amatör Teatr Festivalı”nda uğurla çıxış etmişdir. 2013-cü ildə Bakı teatr festivalında Azərbaycan tamaşaçılarının rəğbətini qazanmış həmin tamaşa bu dəfə Türkiyə Cümhuriyyətində maraqla izlənilənilmiş, Dənizli tamaşaçılarının diqqətini çəkmişdir. Tamaşanın quruluşçu rejissoru, tərtibatçı rəssamı, musiqi tərtibatçısı Turqay Vəlizadə, Xoreoqrafı Aslan Məmmədovdur. Tamaşada rolları teatrın istedadlı aktyorları Aslan Məmmədov Marianna Məmmədova və Turqay Vəlizadə ifa edirlər. Tamaşanın uğuruna görə kollektiv, festivalın təşkilatçısı olan Dənizli böyük şəhər bələdiyyəsi tərəfindən ödüllə mükafatlandırılmışdır.
Şərhlər