“Yalvarırdım ki, mənə narkotik tap” - Lalə Məmmədova

19.01.2016 14:59     Artreaksiya     2650

“Həyatımın çox ağrılı günləri xəstələndiyim an idi. Səhnədə ayaqlarım tutulmuşdu. Özümdə güc tapıb ayaqda dayanmışdım. Çəkiliş canlı idi. Bəxtim onda gətirdi ki, qaranlıq idi, halımın pisləşdiyini çox adam görmədi”.

“Reaksiya” Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Lalə Məmmədova “ATV maqazin onlarla” verilişində deyib.

Müğənni keçirdiyi ağır xəstəlikdən danışıb: “Bu xəstəliyimi heç kim bilmir. Ayaqlarım tutulmuşdu. Elə bir ağrılar olurdu ki, onu sözlə ifadə edə bilmərəm. Ağlım başımda olmurdu. Həkim müayinəsindən sonra bəlli oldu ki, onurğa sütunumda problem var. Ümidsiz şəkildə müalicəyə başladım. 1 günün içində 70-80 yaşlı qoca qadına dönmüşdüm. Bir dəfə də ağrı başlayanda, tibb bacısına yalvardım ki, “mənə narkotik tap gətir”. Çantamda nə qədər pul varsa, hamısını verməyə hazır idim. Lalə Məmmədova, ailəli qadın, övladım var idi... Bunları düşünmürdüm. Yarımcan insan olmuşdum. Düşünürdüm ki, övladıma analıq edə bilməyəcəm, karyeram bitdi. Bir həkimlə tanış oldum, türkəçarə ilə məni sağaltdı”.

Şərhlər